Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı HESABAT

Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı HESABATOmbudsmanın dəvəti əsasında faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlığı Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti missiyanın yekunları ilə bağlı Gəncə şəhərində mətbuat konfransı keçirib.
Ombudsman Aparatından Azxeber.com-a bildirilib ki, mətbuat konfransında əvvəlcə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsi hörmətlə anılıb. Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri, tarixi və mədəni abidələrin dağıdılması faktları və həyata keçirilmiş ekoloji terrorun nəticələri barəsində məlumat verilib.
Ombudsman Aparatının rəhbəri, İƏT MDİHK-nın üzvü Aydın Səfixanlı çıxışında bildirib ki, İƏT MİHDK-nın ölkəmizdə faktaraşdırıcı missiya aparmaq məqsədi ilə baş tutan rəsmi səfəri zamanı Azərbaycanın işğaldan azad olunmuş və hücuma məruz qalmış digər ərazilərində yerində monitorinq aparılıb. A. Səfixanlı nümayəndə heyətinin Ağdam şəhərində milli və dini irsimizin məhv edilməsi məqsədi ilə uzun müddət ərzində memarlıq, tarixi və mədəni abidələrin talan edildiyinin, dağıdıldığının, ümumilikdə insan hüquqlarının kobud şəkildə pozulduğunun şahidi olduğunu vurğulayıb. Daha sonra faktaraşdırıcı missiyannın İkinci Qarabağ müharibəsi zamanı ən çox atəşə məruz qalan, qadağan olunmuş silahlardan istifadə etməklə intensiv atəşə tutulan Tərtər şəhərində davam etdirildiyi bildirilib. Aydın Səfixanlı Tərtər şəhərində zərərçəkmiş sakinlərlə görüş zamanı nümayəndə heyətinin insan tələfatı və dağıntılar haqqında şahidlərdən məlumat aldıqlarını da qeyd edib.
Ombudsman Aparatının rəhbəri faktaraşdırıcı missiyanın Gəncə şəhərində davam etməsinin də təsadüfi olmadığını, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın tarixi şəhəri Gəncəyə bir neçə dəfə edilən raket hücumlarının ciddi dağıntıların baş verməsi və uşaq, qadın, ahıllar da daxil olmaqla çoxsaylı insan tələfatı ilə nəticələndiyini nəzərə çatdırıb. O, nümayəndə heyətinin üzvləri ilə dağıntıların olduğu ərazilərə baş çəkdiklərini, həyatlarını itirmiş mülki şəxslərin ruhuna ehtiramlarını bildirdiklərini, dağıntılar olan yerdə güllər qoyulduğunu qeyd edib, heyət üzvlərinə öz təşəkkürünü bildirib.
İƏT MDİHK sədri Saeed Mohamed Abdulla Omair Alghfeli bir daha dəvətə görə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya təşəkkürünü bildirərək, Azərbaycana səfərin məqsədinin işğaldan azad olunmuş ərazilərdə tarixi, mədəni və dini adibələrin dağıdılması, talan edilməsi ilə bağlı faktaraşdırıcı missiyanın həyata keçirilməsi və toplanmış faktlar və sübutları özündə əks etdirən hesabatın hazırlanması olduğunu bildirib. Ombudsman Səbinə Əliyeva ilə məhsuldar görüş keçirildiyini qeyd edən Komissiya sədri Milli Məclis, Minatəmizlənməsi Agentliyi və digər dövlət qurumlarında da görüşlərin keçirildiyini və faktaraşdırıcı missiyanın məqsədləri barədə fikir mübadiləsi aparıldığını bildirib. O qeyd edib ki, rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri işğaldan azad olunmuş ərazilərdə, həmçinin Tərtər və Gəncə şəhərlərində mülki obyektlərə və əhaliyə qarşı müharibə cinayətlərinin törədildiyinin şahidi olub və sənədləşdirdikləri faktlar missiyanın hesabatında öz əksini tapacaqdır.
Komissiya sədrinin müavini Hacı Ali Açıkgül itkin düşmüş azərbaycanlıların taleyindən hələ də xəbər olmadığını və buna görə Ermənistanın məsuliyyət daşıdığını vurğulayaraq, Azərbaycanın regionda sülhün bərqərar olması üçün vacib addımlar atdığını və bu istiqamətdə səylərin birləşdirilməsinin zəruriliyini qeyd edib.
Mətbuat konfransında işğaldan azad edilmiş ərazilərdə sosial obyektlər, mədəni-tarixi abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqinin, eyni zamanda həyata keçirilən faktaraşdırıcı missiyanın nəticələri, xüsusilə toplanmış sübutlar müzakirə edilib.
Mətbuat konfransının sonunda faktaraşdırıcı missiyanın nəticələri ilə bağlı bəyanat qəbul edilib.

Siyasi       Tarix: 25 sentyabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bu gun sonxabar az beynelxalq bank mezenne enson xeberler