"Ermənistanın sərt mövqeyi olsaydı, dünya susacaqdı" - Aruşanyan

Ermənistanın Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıması danışıqlarda erməni tərəfinin mövqeyini xeyli zəiflətdi və bu, Ermənistanın tələbi ilə çağırılan BMT Təhlükəsizlik Şurasının sonuncu iclasında açıq şəkildə hiss olundu.
KONKRET.az xəbər verir ki, bunu keçmiş deputat Boris Aruşanyan deyib:
"Qarabağ probleminin BMT Təhlükəsizlik Şurasında müzakirəsi ümumilikdə müsbət addımdır. Lakin belə bir şəraitdə nəzərə almaq lazımdır ki, fövqəldövlətlər məsələnin həllini adətən zəif tərəfin hesabına təmin edir. Bu gün isə Ermənistan zəif tərəfdir. Buna görə də Ermənistan hakimiyyəti BMT Təhlükəsizlik Şurasına müraciət etməzdən əvvəl nəzərə almalı idi ki, onların Azərbaycanın ərazi bütövlüyünü tanıması danışıqlarda mövqelərini əhəmiyyətli dərəcədə zəiflədəcək. BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistan bəyan etməli idi ki, rəsmi İrəvan Qarabağın müstəqilliyini tanımağa və təhlükəsizlik təminatı verməyə məcburdur. Belə sərt mövqe qarşısında dünya ictimaiyyəti susacaqdı".
Bu, bir erməni siyasətçinin mövqeyidir. Onun fikirincə Ermənistan Qarabağın müstəqilliyini tanıyarsa, bütün məsələlər həllini tapacaq. Əslində Aruşanyan bunun nə ilə nəticələnəcəyini yaxşı anlayır və sadəcə Ermənistanın düşdüyü hazırkı vəziyyətlə barışmaq istəmir. Nəyin bahasına olursa-olsun itirdikləri mövqeni geri qaytarmaq üçün çalışan erməni siyasətçilər bu cür təxribatçı bəyanatlar verməklə erməni cəmiyyətində çaşqınlıq yaradırlar.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 21 avqust 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bu qun cəbhədən son xəbər cəbhədən son xəbərlər sonxeberler