Ermənistanın son bəyanatları siyasi blefdir - Hərbi ekspertdən açıqlama

Ermənistanın son bəyanatları siyasi blefdir - Hərbi ekspertdən açıqlamaErmənistanın qeyri-konstruktiv mövqeyi sülh müqaviləsini əngəlləyir.  Azərbaycanın şərtlərini qəbul etməkdən imtina edən rəsmi İrəvan guya özünü sülhpərvər göstərərək bəyanatlar verməkdə davam edir. Eyni zamanda Ermənistan tərəfi Azərbaycanı müharibəyə hazırlaşmaqda ittiham edir. Guya Azərbaycan müharibəyə hazırlaşır və yaxın vaxtlarda Ermənistan ərazisinə hücumlar planlaşdırılır. Ermənistan mətbuatında tirajlanan bu cür feyk xəbərlər həm də informasiya müharibəsinin bir hissəsidir.
Məsələylə bağlı KONKRET.az-ın suallarını cavablandıran hərbi ekspert Səxavət Məmməd bildirib ki, onlar özlərini elə aparırlar ki, guya Ermənistan sülh istəyir, Azərbaycan isə əksinə müharibəyə hazırlaşır:
"Əslində müharibə istəyən tərəf Ermənistandır. Azərbaycan ancaq xəbərdarlıq etməklə məşğuldur. Ermənistana dəfələrlə xəbərdarlıq edilib ki,  silahlanmanı dayandırın, bu qədər silah almayın. Dəfələrlə bildirilib ki, bu silahlanma Azərbaycan üçün təhdiddir və bu davam edərsə hədəflər vurula bilər.  Ermənistan tərəfi də Azərbaycanın müharibəyə hazırlaşmasıyla bağlı xəbərlər tirajlamaqla diqqəti yayındırmaq istəyir. Yaxşı, tutaq ki, Azərbaycan müharibəyə hazırlaşır, bəs o zaman Ermənistan ordusu  döyüş hazırlığı niyə aparmır?. Bütün bunlar Ermənistanın köhnə oyunudur. Bunu yenidən alovlandırmağa başlamaqla diqqəti Azərbaycana yönəltməyə cəhd edirlər. Ermənistanın tələsik sülh müqaviləsi imzalamaq istəməsi bir çox mətləblərdən xəbər verir".
Məsələ burasındadır ki, Azərbaycanın şərtlərindən yayınan rəsmi İrəvan sülh müqaviləsini tezləşdirməklə həmin məsələni sonraya saxlamağı düşünür. Ekspert hesab edir ki, bununla  Ermənistan imtasiya yaratmaq niyyətindədir:
"Erməistan ümumiyyətlə sülh müqaviləsi imzalamaq niyyətində deyil. Çünki  Azərbaycanın əsas şərtləri kənarda qalıb və Ermənistan hər kəsin qəbul etdiyi maddələri dəstəkləyir. Həmin maddələr hələ ilk gündən hər iki dövlət tərəfindən qəbul olunmuşdu. Orada biri-birilərinin ərazi bütövlüyünə hörmət, daxili işlərinə qarışmamaq və digər kiçik məsələr yer alıb. Amma Azərbaycanın əsas şərtlərinin heç biri yerinə yetirilmir. Ermənistan bu şərtlərdən yayındıqca sülh müqaviləsi də olmayacaq. Ermənistanın indiki canfəşanlığı sadəcə siyasi manipulyasiyadır. Özlərini sülh göyərçini kimi göztərən ermənilərin bütün mahiyyəti hər kəsə bəllidir. Heç bir şərti qəbul etmədən dünyaya car çəkirlər ki, sülh müqaviləsini imzalamağa hazırıq. Bu, sadəcə siyasi blefdir və informasiya müharibəsinin tərkib hissəsidir. Hətta onların apardığı informasiya müharibəsi Azərbaycanın daxilinə hesablanıb".
Daha sonra Ermənistanın silahlanmasına toxunan Səxamət Məmməd bildirib ki, bu cür silahlanma davam edərsə Azərbaycan legitim hədəfləri dağıda bilər: "Ermənistan açıq şəkildə silahlanmadan çəkinmir. Onlar müdafiə xarakterli deyil, hücum silahları almaqla müharibəyə hazırlaşdıqlarını gizlətmirlər. Ermənistan əslində müharibədən sonrakı dönəmdə daha çox hava hücumundan müdafiə sistemləri almalıydı. Amma onlar yeni haubitsalar, Qrad reaktiv yaylım sistemləri, Cənubi Koreyadan yeni nəsl tanklar alır. Hətta Hindistandan ballistik raketlər almaq niyyətidədir. Bütün bunları edən dövlət eyni zamanda sülh müqaviləsi imzalamaq istəyir. Təbii ki, bu manipulyasiyadır. Bütün bunlar regiondakı vəziyyətin nə qədər qəliz və mürəkkəb  olduğunu göstərir. Etiraf edək ki, Cənubi Qafqazda ümumi gərginlik var və bu artan xətt ilə davam edir".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 17 oktyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler az bugun xeberler metbuat