Ermənistanın son təxribatları nəyə hesablanıb? - ŞƏRH

Ermənistanın son təxribatları nəyə hesablanıb? - ŞƏRHErmənistan hökumətinin qərarı ilə 2024-cü ilin yay hərbi xidmətə çağırış müddəti 15 gün - avqustun 15-dək uzadılıb. Müvafiq qərar iyulun 25-də Ermənistan hökumətinin iclasında qəbul edilib. 
Ermənistanda hərbiçilərin vaxtından çox xidmətdə saxlanılması və hərbi xidmətə qəbul vaxtının uzadılması bəzi sualların yaranmasına səbəb olub. Bəs bu addımı atmaqda Ermənistanın məqsədi nədir?  
Mövzu ilə bağlı azxeber.com-a  Ağ Partiya sözçüsü Cavanşir Abbaslı açıqlama verib. 
O, öz açıqlamasında Ermənistanda hərbçilərin vaxtından əlavə hərbi xidmətdə olmasını və hərbi xidmətə qəbulun vaxtının uzadılmasını Ermənistanın hər hansı plan hazırlaya bilməsi  ilə əlaqələndirib: 
"Ermənistan dövləti son dövrlərdə xam xəyallara düşüb. İyulun 21-də Kəlbəcər mövqelərinin atəşə tutulması onu göstərdi ki, Ermənstanın baş naziri Nikol Paşinyan sülh sazişi imzalamaq fikrində deyil. O, erməni cəmiyyətinə imitasiya xarakterli addımlar atmaq istəyir. Xüsusilə o yaxşı bilir ki, Ermənistan daxilində bəzi xarici qüvvələr qarışıqlıq yaratmaq və Paşinyanı hakimiyyətdən devirmək niyyətindədirlər. Hər kəsə bəllidir ki, keşiş öz istədiyinə çatmayıb. Keşiş bu günlərdə açıqlama verib ki, sentyabrda yenidən Ermənistanda aksiyalar başlayacaq. Düşünürəm ki, Paşinyan bu tip addımlar atmaqla əslində öz hakimiyyətinin ömrünü uzatmağa çalışır.
Bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, İyulun 21-də Kəlbəcər istiqamətində Azərbaycan mövqeləri atəşə tutulan  zaman bir məlumat yayıldı ki, ABŞ Fransa və Avropa birliyinin hərbi müşavirlərinin iştirakı ilə bu atəş həyata keçirilib. Onlar bir növ atəşi müşahidə ediblər. Bu isə onu göstərir ki, Ermənistan bu məsələdə tək deyil. Hər zaman olduğu kimi, onun havadarları iş başındadır. Burada Azərbaycan üçün heç bir təhlükəli məqam yoxdur.
Azərbaycan Prezidentinin deyimi ilə desək, "Dəmir yumruq"  yerindədir. Hər zaman düşmən bu "Dəmir yumruğu" başı üstündə hiss etməlidir. İstənilən halda Erməni hərbçilərinin hərbi xidmət müddətlərinin başa çatmasına baxmayaraq evlərinə buraxılmaması onu göstərir ki, Ermənistan hər hansı plan hazırlaya bilər. Azərbaycan tərəfi hər şeyə hazırlıqlı olmalıdır. Onsuz da hazırlıqlıyıq. Onu da qeyd etmək istəyirəm ki, burada Azərbaycan tərəfi üçün heç bir təhlükə yoxdur. Sadəcə bütün bu addımlar sırf sülh sazişinin ömrünü uzatmağa hesablanıb. Düşünürəm ki,  hər şey diplomatik masada həll olunma mərhələsinə çatıb. Azərbaycan ordusu döyüş meydanında düşməni necə darmadağın etdisə, necə parlaq qələbə qazandısa, diplomatik masada da, öz parlaq qələbəsini davam etdirəcək. Nəticədə Azərbaycanın istədiyi şərtlər daxilində sülh sazişi imzalanacaq".   
Oksana Orucova

Siyasi       Tarix: 31 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler az son xeberler 2026 cəbhədən şad xəbər xankendi