Ermənistanın təcili sülh imzalamaq istəyinin PƏRDƏARXASI - İrəvan nəyə nail olmağa çalışır?
Ermənistan COP29-a qədər Azərbaycanla sülh sazişi imzalamağa çalışır. Bununla bağlı Ermənistan prezidenti Vaaqn Xaçaturyan fikir səsləndirib.
Maraqlıdır ki, son zamanlar həm baş nazir Paşinyan, həm də prezident Xaçaturyan səviyyəsində sülh müqaviləsinin imzalanması ilə bağlı fikirlər səsləndirir. Sanki, Ermənistan tələsir və bu tələsgənliyin arxasında dayanan məqamlar xüsusi maraq doğurur. Görəsən İrəvanın məqsədi nədir?
Mövzunu "KONKRET.az"a şərh edən politoloq Tural İsmayılov bildirib ki, Ermənistan prezidenti Vaaqn Xaçaturyan növbəti dəfə erməni riyakarlığına əl atır:
"Əslində bu gün Ermənistan hakimiyyətində təmsil olunanlar, istər baş nazir Nikol Paşinyan, istərsə də prezident Vaaqn Xaçaturyan mövcud reallıqları görməzdən gəlir. Həm daxili erməni auditoriyasını, həm də beynəlxalq ictimaiyyəti dələduzluqla aldatmağa çalışırlar. Hamıya bəllidir ki, COP29-a qədər Azərbaycanla Ermənistan arasında ən azı ilkin sülh müqaviləsinin imzalanması rəsmi Bakının ideyasıdır. Azərbaycan bununla bağlı mövqe ortaya qoyub. Amma təəssüflər olsun ki, indiyədək Azərbaycan tərəfindən qaldırılan məsələlərə həm Ermənistan, həm də onun havadarları tərəfindən adekvat qiymət verilməyib".
Politoloqun sözlərinə görə, Ermənistan COP29-a qədər sülh imzalamaqla bağlı fikirlərində səmimi və dürüst olsa idi, bu günə qədər ölkə Konstitusiyasının dəyişdirilməsi ilə bağlı cəhdlər edərdi:
"Eyni zamanda nəzərə almaq lazımdır ki, bugünki Ermənistan hakimiyyəti və dövlət strukturları öz mövcudluğunu ancaq Azərbaycanla gərginlik üzərində qurur. Hərçənd rəsmi Bakı ilə sülh Cənubi Qafqazda rifah və sabitliyin əldə edilməsinə böyük töhfə verə bilər. Ancaq Ermənistan bu məsələdə səmimi tərəf kimi iştirak etmir, yalnız təxribata əl atır və aranı qarışdırmağa çalışır. Bu baxımdan da Ermənistan prezidentinin fikirlərinin reallığı əks etdirmədiyini düşünürəm. Bu, növbəti dəfə erməni siyasi elitasının ölkə ilə bağlı manipulyasiyasıdır. Onlar COP29 ərəfəsində özlərini qəsdən süıhpərvər göstərməyə çalışırlar".
Müşviq Tofiqoğlu
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri
Gəncədə 34 yaşlı kişi bıçaqlandı
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Bərdədə qadın evində ölü tapıldı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub