Ermənistanla delimitasiya və demarkasiya necə aparılacaq – QAYDALAR

Ermənistanla delimitasiya və demarkasiya necə aparılacaq – QAYDALARNoyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putininin görüşü növbəti üçtərəfli Bəyanatın imzalanması ilə başa çatdı. Bəyanatda əksini tapan iki əsas məsələdən biri nəqliyyat əlaqələrinin blokadadan çıxarılması, digəri isə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılmasından ibarətdir.
Nəqliyyat dəhlizlərinin açılmasına dair üzərinə düşmən öhdəlikləri Azərbaycan keçən ilin noyabrın 14-də yerinə yetirdiyi üçün bu məsələ tamamilə Ermənistan tərəfindən icra edilməlidir.
Bəyanatda qeyd olunan məsələlərin həlli, xüsusilə də dövlət sərhədinin delimitasiyası sülh sazişinin imzalanması üçün hazırlıq kimi dəyərləndirilməlidir. Münaqişə tərəfləri bir-birinin sərhədlərini tanımadan sulh sazişi mümkün deyil. Məsələn, Yaponiya ilə Rusiya 2-ci Dünya Müharibəsinin başa çatmasından 77 il keçməsinə baxmayaraq, sərhəd məsələsində ortaq məxrəci tapa bilməyiblər və təbii ki, aralarında sülh müqaviləsi də hələ bağlanmayıb. Adətən 10-20 maddədən ibarət olan sülh müqaviləsinin tərkibində və ya ona əlavə olaraq sərhədlərin qarşılıqlı tanınmasına dair ayrıca bir Akt tərtib olunur. Delimitasiya zamanı qarşılıqlı razılaşma ilə əldə olunan imzalı sərhəd xəttinin xəritəsi Akta əlavə edilir.
Sərhədlərin delimitasiyası (lat. delimitatio "qeyd") — qonşu dövlətlər arasında dövlət sərhədinin ümumi mövqeyinin və istiqamətinin danışıqlar yolu ilə müəyyənləşdirilməsini nəzərdə tutur. Bu prosesin tərkibinə yalnız münaqişə zonasındakı ərazilər deyil, münaqişə tərəfləri arasında mövcud olan bütün sərhəd xətlərinin keçdiyi ərazinin təyin edilməsi daxildir. Delimitasiya zamanı razılığa gələn tərəflər bir qayda olaraq, irimiqyaslı xəritə üzərində, ərazidə iş aparılmadan sərhəd xəttinin keçidinin təsvirini hazırlayırlar. Xəritələrə sxemlər də əlavə edilə bilər. Dövlət sərhədi xəttinin müəyyən olunması üçün genişmiqyaslı xəritələr üzərində bütün obyekt və yaşayış məntəqələrinin yerləşdiyi koordinatların dəqiq göstərilməsi vacibdir.
Dövlət sərhədinin delimitasiyası özündə quru, su (dəniz, göl və çay), hava və yeraltı qaynaqların keçdiyi ərazilərin təyin olunmasını ehtiva edir. Quru sərhədlərinin təyin edilməsi üzərində iş yeni başlayır. Su sərhədlərinin təyin edilməsi çox az zaman tələb edəcək. Hava sərhədləri isə quru və ya dəniz sərhədlərinin tam üstündən keçən şərti xətt ilə müəyyən olunduğu üçün buna da zaman itirilməyəcək. Yeraltı təbii sərvətlərin sərhədləri isə fərqli sahədir, amma bunun da uzun zaman tələb edəcəyini düşünmürəm.
Delimitasiya prosesi zamanı Qazax və Naxçıvanın hələ də ermənilərdə qalan 8 kəndinin taleyinə aydınlıq gətiriləcək. Azərbaycanın sərhədlərinə bitişik kəndlərin qaytarılacağı şübhəsizdir, Ermənistan ərazisində anklavda olanların əvəzində isə Ermənistan ərazilərinin Azərbaycana verilməklə mübadilə ediləcəyi ehtimal olunur. Delimitasiya prosesi iki ölkə arasındakı bütün dövlət sərhəd xəttinin xəritə üzərində razılaşdırılması ilə başa çatacaq.
Delimitasiya prosesi zamanı hazırlanan və tərəflərin imzaları ilə təsdiq edilən sənədlər sərhədin müəyyənləşdirilməsinin növbəti mərhələsi hesab olunan demarkasiya üçün baza rolunu oynayır. Başqa sözlə desək, xəritə üzərində əldə olunan razılaşma sərhədlərin işarələnməsi və çəkilməsi üçün əsas sənəddir.
Demarkasiya (latınca "işarələmə") adından da göründüyü kimi, müvafiq delimitasiya sənədləri əsasında qonşu dövlətlər arasında dövlət sərhədinin keçdiyi ərazilərin yerində sərhəd nişanları ilə işarələnməsi deməkdir. Daha əvvəl delimitasiya prosesinin uzun bir zaman tələb etməyəcəyi barədə fikrimi əsaslandırmışdım. Amma demarkasiya barədə eynisini demək doğru olmaz. Bu daha uzun bir prosesdir.
Sərhədin demarkasiyası prosesi delimitasiyaya dair sənədlər (müqavilə, dövlət sərhədi xəttinin xəritəsi və əlavə təsvirlər) əsasında paritet əsaslarla yaradılan birgə komissiyalar tərəfindən həyata keçirilir. Bu zaman dövlət sərhədinin keçdiyi xətt xüsusi sərhəd nişanları ilə işarələnməlidir.
Demarkasiya prosesi zamanı ərazinin topoqrafik, hava və peyk çəkilişləri aparılır. Bu məslədə müasir PUA-lar mühüm əhəmiyyət daşıyır. Həmin çəkilişlərin əsasında sərhəd zolağının irimiqyaslı topoqrafik xəritəsi tərtib edilir, sərhəd nişanları (dirəklər, tikanlı məftillər və s.) qurulur və onların topoqrafik koordinatları müəyyən edilir. Sərhədin demarkasiyası üzrə bütün tədbirlər haqqında xüsusi sənədlər tərtib olunur. Sərhəd xəttinin keçməsini və sərhəd nişanlarını təsvir edən protokollar imzalanır. Sərhəd nişanlarının yerləşmə sxemləri və fotoşəkillər protokollara əlavə olunur. Sərhəd nişanları özbaşına yerdəyişməyə məruz qala bilməz və tərəflər onların yararlı vəziyyətdə saxlanmasına nəzarət etməyə borcludurlar.
Nəticə
Delimitasiya və demarkasiya mürəkkəb və həcmli bir prosesdir. Gürcüstan dost ölkədir, Bakı ilə Tiflis arasında həll edilməyəcək heç bir məsələ yoxdur, amma iki ölkə arasında mövcud olan 428 km.-lik dövlət sərhədinin delimitasiyası prosesinin 1994-cü ildən başladığı və bu günə qədər davam etdiyini nəzərə almalıyıq. Azərbaycan və Rusiya arasında dövlət sərhədinin delimitasiyası isə 2013-cü ildə tam başa çatıb. İnanıram ki, Ermənistanla analoji proses daha sürətlə gedəcək.
Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üçün nəzərdə tutulan ikitərəfli komissiya yaradılandan sonra ekspertlər qrupu da təşkil ediləcək. Hər dəfə ikitərəfli komisiyanın görüşündən 1-2 gün əvvəl mütləq ekspertlər qrupunun toplantısı keçiriləcək. Bu proseslərə diplomatik kanalların da qoşulması gözlənilir. Ümid edirik, Ermənistan bu proseslərdə daha səmimi olacaq, məsələni uzun zamana yaymaqdan çəkinəcək, Azərbaycan isə öz növbəsində İrəvan xanlığı, Göycə və Zəngəzur mahalı kimi tarixi əraziləri ilə bağlı sənədləri masaya qoymağa məcbur qalmayacaq.
Ədalət Verdiyev, hərbi ekspert

Siyasi       Tarix: 29 noyabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua


azerbaycan xeberleri son xeberler yeni xeberler azerbaycan son xeber bugun cəbhədən son xəbərlər dunya xeberleri xəbər az