Etibarnamə verdilər, borclu çıxdılar - VİDEO
Oğuz rayon sakinlərinin başına tragikomik hadisə gəlib.
Rayon sakini Marif Qafarov yanında sürücü kimi işləyən Şamil Qasımova koməklik etmək istəyib.
Hər şeydə bundan sonra başlayıb. İş yoldaşlarından etibarnamə alan Şamil Qasımov onların adlarına hesablar açıb, ASAN imzalar yaradaraq xarici dövlətlərdən sənaye və mədəni mallar idxalı ilə məşğul olub. Bir müddət sonra Maarif Qasımova Vergilər idarəsindən zəng gələrək onun vergi borcunun olduğu bildirilib. Marif Qafarov məsələni araşdırmaq üçün quruma müraciət etdikdə ona bildirilib ki, hazırda onun dövriyyəsi bir milyondan çoxdur və gömrükdə 800 min manatlıq malın idxalı gözləyir.
Marif Qafarovla yanaşı 20-ə yaxın şəxs aldadıldığını iddia edir. Beləliklə, Marif Qafarovun 400 min, Elvin İsmayılovun 21min, Anar Eyvazovun 300 min, Aqil Ağayevin 70 min, Əhməd Məmmədbəyovun isə 50 min manat borcu yaranıb.
Marif Qafarov məsələni hüquqi müstəvidə həll etmək qərarına gəlib. Lakin bu dəfə də bəxti gətirməyib.O, vəkil kimi razılaşdığı Yaşar Rəsulovun da onu aldatdığını iddia edir.
Biz də həm Şamil Qasımov, həm də Yaşar Rəsulovla əlaqə saxlamaq istədik. Lakin cəhdlərimiz uğursuz oldu.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional bürosunun rəhbəri Mahir Məsimov "Xəzər Xəbər"ə bildirib ki, hadisədən xəbərdardılar.
Maarif Qasımov başına gələnlərlə bağlı Baş Prokurorluğa da müraciət edib.

Pərviz Şahbazova ağır itki
ARB ilə Nuran arasında nə baş verir? - Açıqlama
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: Bu il tətil üçün hara getməli?
"Bank Respublika" və OPEC Fund arasında saziş imzalandı - Foto
İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi
Prezidentdən Naxçıvanla bağlı FƏRMAN
Prezident İlham Əliyev Anlaşma Memorandumunu təsdiqlədi
Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək
Sumqayıtda qatar benzin daşıyan maşınla toqquşdu - Xəsarət alan var+Fotolar
Türkiyəyə doğru iki qırıcı göndərildi - İsraildən ŞOK
Paşinyan Əli Xameneinin vida mərasimində iştirak edəcək
Xamenei atasının dəfnində iştirak edəcək?
Alqoritmi özünüz idarə edəcəksiniz - İnstaqramdan yenilik
Bu ölkədə yeni Prezident SEÇİLDİ
Kolbasa sevənlərə bəd xəbər - Bu məhsullar