ETSN: Azərbaycanda nərələrin sənaye ovu qadağan olunub
ETSN: Azərbaycanda nərələrin sənaye ovu qadağan olunub
Azərbaycanda nərə balıqlarının sənaye ovuna icazə verilmir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook" səhifəsində "Ekspert saatı" verilişinin canlı yayımında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib.
Onun sözlərinə görə, nərələrin ovuna yalnız elmi məqsədlərlə icazə verilə bilər:
"Burada məqsəd dövlət proqramlarında nərənin sayının artırılması ola bilər. Nərələrin ovuna ona görə icazə yoxdur ki, buna yalnız Xəzər dənizinin Azərbaycan akvatoriyasında deyil, həm də digər Xəzəryanı ölkələrdə qadağa var.
2011-ci ildən beş Xəzəryanı ölkənin mütəxəssisləri bir yerə toplaşıb və belə qərara alınıb ki, nərələrin ovuna qadağa qoyulmalıdır. Xəzəryanı ölkələrin bioloji resurslarının mühafizəsi üçün Komissiya fəaliyyət göstərir. Həm Azərbaycan, həm də digər Xəzəryanı ölkələrin mütəxəssisləri bu Komissiyanın üzvüdürlər. Onlar Xəzərin həm ümumi ekoloji problemlərini, həm də su resurslarının mövcud vəziyyətini təhlil edirlər".
Könül Cəfərli /oxu.az
Turlar.az [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb