Euronews': Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir

Euronews': Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənirYaxın Şərqdə gərginliyin artması fonunda Azərbaycan Avropa İttifaqının (Aİ) getdikcə daha vacib strateji tərəfdaşına çevrilir.
azxeber.com xəbər verir ki, bu, "Euronews" telekanalının saytında yerləşdirilmiş analitik məqalədən aydın olur.
"Son illərdə Azərbaycan və Aİ arasında münasibətlər dinamik inkişaf mərhələsinə qədəm qoyub və siyasət, iqtisadiyyat, enerji təhlükəsizliyi sahələrində getdikcə daha çox strateji xarakter alır. İnvestisiyaların artırılması, texnoloji nailiyyətlərin mübadiləsi və viza rejiminin sadələşdirilməsi bu əlaqələri daha da möhkəmləndirə bilər", - materialda bildirilib.
Qeyd olunub ki, Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın 11–12 mart 2026-cı il tarixlərində Azərbaycana səfərini ikitərəfli münasibətlərdə mühüm mərhələ hesab etmək olar. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Koşta ilə görüşü baş tutub. Liderlərin birgə bəyanatları iqtisadiyyat, enerji, nəqliyyat sahələrində, təhlükəsizlik sferasında və digər əsas istiqamətlərdə əməkdaşlığı dərinləşdirmək üzrə ümumi niyyətdən xəbər verir.
Məqalədən aydın olur ki, Avropa İttifaqı Yaxın Şərqdə sürətlə dəyişən vəziyyət fonunda Azərbaycanı xüsusilə enerji təhlükəsizliyi və idxalın şaxələndirilməsi baxımından strateji cəhətdən mühüm tərəfdaş hesab edir.
Euronews': Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir"2022-ci ildə enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumu Avropa bazarına Azərbaycan qazının tədarükünün artırılmasını nəzərdə tutur. Bu kontekstdə Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır. 2025-ci ildə Azərbaycan Avropaya qaz tədarükünü 2021-ci illə müqayisədə təxminən 60% artırıb və bu həcm 13 milyard kubmetr təşkil edib", - məqalədə bildirilib.
Son geosiyasi hadisələr Azərbaycanın Avropa İttifaqı üçün strateji əhəmiyyətini xeyli artırıb. "Azərbaycanın Avropa və Asiyanın kəsişməsində yerləşən geostrateji mövqeyi və proqnozlaşdırıla bilən sabit siyasəti ölkəni Aİ üçün əvəzolunmaz tərəfdaşa çevirir. Perspektivdə tərəflər arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hər iki tərəfə əhəmiyyətli dividendlər vəd edən geniş imkanlar mövcuddur", - məqalənin müəllifi yazır.
Regionda artan təhlükəsizlik riskləri fonunda Aİ Şurası prezidentinin Bakıya səfəri birlik tərəfindən siyasi dəstəyin təzahürü kimi də şərh edilə bilər.
"Azərbaycan regionda davamlı sülhün, əməkdaşlığın və iqtisadi inkişafın təmin edilməsinə yönəlmiş müstəqil və balanslaşdırılmış xarici siyasət yürüdən dövlət kimi qəbul edilir", - yazıda vurğulanıb.
Qeyd olunub ki, Bakıda keçirilən görüşlər zamanı Koşta Cənubi Qafqazda möhkəm sülh və sabitliyin Aİ-nin strateji maraqlarına cavab verdiyini deyib. Buna görə də Azərbaycan-Aİ əməkdaşlığı ikitərəfli münasibətlər çərçivəsindən kənara çıxır və regional sabitliyə töhfə verir, – məqalə müəllifi yekunlaşdırıb.

Siyasi       Tarix: 03 aprel 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberlər cəbhədən son durum xeberler bu qun gunun xeberleri