Evdə dalaşıb hava almağa çıxan kişi 420 km piyada yol getdi - FOTO
Evdə dalaşıb hava almağa çıxan kişi 420 km piyada yol getdi - FOTO
Arvadı ilə dalaşan kişi evdən çıxıb və bir daha dayana bilməyib - piyada 420 km yol gedib. Polislər yolda saxlamasaydılar, yəqin ki, adının çəkilməsini istəməyən kişinin bu səyahəti bir az da uzanacaqdı.
"Medialeaks"ın məlumatına görə, hadisə İtaliyada baş verib.
Bildirilir ki, Komo şəhərindən olan 48 yaşlı kişi ancaq düz istiqamət götürüb. Onu ancaq altı gündən sonra dayandırmaq mümkün olub, polislər komendant saatını pozduğu üçün kişini saxlayıblar.
Onlarla söhbət zamanı kişi arvadı ilə dava etdiyi üçün evdən başını götürüb çıxdığını və bu qədər uzağa gedəcəyini düşünmədiyini deyib.
Polis idarəsində kişinin öz şəhərində itkin düşmüş hesab olunduğu öyrənilib – həyat yoldaşı bununla bağlı hüquq mühafizəçilərinə müraciət edibmiş. Xanımına onun sağ olduğu barədə məlumat verildikdən sonra kişi 400 avro (825 AZN) cərimələnərək (komendanti saatını pozduğu üçün) buraxılıb.
Kişi evə qayıdıb-qayıtmayacağı barədə bir söz deməsə də, qeyri-adi səyahəti barədə danışıb.
Onun sözlərinə görə, bu müddət ərzində nəqliyyat vasitələrindən istifadə etməyib. Yemək və içməyi isə xeyirxah insanlardan alıb.
"Halım yaxşıdır, sadəcə, bir qədər yorulmuşam", - deyə o bildirib.


Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb