Evdə sərinləşdirici içki belə hazırlanır

Evdə sərinləşdirici içki belə hazırlanırİsti yay-günlərində hər birimizin qida rasionunun əsasını sərinləşdirici içkilər təşkil edir. Buna görə də, mağazalardan aldığımız qidalar arasında da elə sərinləşdirici içkilər çoxluq təşkil edir. Amma onu da deyək ki, xeyli pul xərcləyib aldığımız və tərkibi haqqında demək olar ki, məlumatımız olmayan bu içkilərdən daha faydalısını evdə hazırlaya bilərik.
Necə?
Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Azərbaycan milli kulinariya assosiasiyasının idarə heyətinin üzvü, qida texnoloqu Ağa Salamov danışıb.
Ağa bəy deyir ki, insanların mağazalardan aldığı enerji içkiləri, rəngli və qazlı suların orqanizm üçün heç bir faydası yoxdur:
" Yəni bu içkilərin heç bir qida dəyəri yoxdur. Boş karbohidrat olduğuna görə, insan bədəninə heç bir vitamin və minerallar ötürə bilmir. Gedib mağazalardan aldıqları həmin içkilərin tərkibinə müxtəlif qatqılar əlavə olunur ki, vitrin ömrü uzansın. Bütün bunlar da tədricən insan orqanizminə təhlükə ola bilər. Buna görə də, yaxşı olardı ki, sərin içkiləri evdə hazırlayıb qəbul etsinlər".
Ağa bəy bizə dadlı və bol vitaminli sərinləşdirici içkinin hazırlama qaydasını izah etdi.Belə ki, qarışıq vitamin tərkibli sərinləşdirici içkinin tərkibinə bunları əlavə etmək lazımdır:
"Qaysı 500 qr
Gavalı 300 qr
Alma 200 qr
Çiyələk 100 qr
Kök 100 qr
Bal zövqə görə
Su
Hazırlanma qaydası
Bütün meyvələr yuyulub emal olunur ( doğranır) kök və alma qabığı soyularaq doğranır. Bir qazana qoyub üzərinə çıxacaq qədər su əlavə edirik. Qoyuruq qaynamağa . Bütün məhsullar yumuşalanadək qaynadırıq ( kök gec bişdiyinə görə sürtgəcdən keçirilir) . Hazır olan məhsullar süzgəcdən keçirilir və əldə etdiyiniz meyvə suyunu vam odda yenidən qaynadıb bal əlavə edirik.Bal tam həll olandan sonra isə şirəmizi kənara çəkib, bir şüşə qaba əlavə edib soyumağa buraxırıq. Soyumuş şirəni soyuducuya alıb sərinləşdirərək içmək lazımdır.
Budur bol vitaminli yay içkiniz hazırdır.
Nuş olsun!"
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 01 iyul 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand


yeni xeberler son xeberler azerbaycan xeberleri krimnal bugun hava haqqinda gunun xeberleri futbol xeberleri