"Evdən çıxma qadağası nəticə verə bilərdi, ancaq..." - AÇIQLAMA

"Evdən çıxma qadağası nəticə verə bilərdi, ancaq..." - AÇIQLAMA"Evdən çıxma qadağası nəticə verə bilərdi, ancaq..." - AÇIQLAMA
"İki gün evdən çıxma qadağası öz nəticəsini verə bilərdi, əgər hər kəs ona birmənalı riayət etsəydi..."
Oxu.Az xəbər verir ki, bunu İctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov ATV telekanalında yayımlanan "ATV Qərargah" verilişində çıxışı zamanı deyib.
İki gün evdə qalma qadağasına etiraz edən vətəndaşlarla bağlı məsələyə münasibət bildirən Nabil Seyidov bildirib ki, virusun inkubasiya dövrü var və görülən tədbirlərin nəticəsi iki gün ərzində müəyyən oluna bilməz:
"Bu cür karantin tədbirləri müxtəlif pandemiya dövrlərində tətbiq edilib. Dünya praktikası da bunu göstərir ki, sərt karantin rejimlərində, insanların küçəyə çıxmasına qoyulan qadağalar yoluxma sayının aşağı düşməsinə zəmin yaradır.
Hərdən deyirlər ki, iki gün küçəyə çıxma qadağası qoyulsa da, yoluxma sayı azalmadı. Bu, doğru yanaşma deyil. Çünki hər birimiz bu qaydalara birmənalı şəkildə riayət etməliyik. Ən azı bu ilin sonuna qədər karantin rejimini tətbiq etməliyik.
Cəmi iki gün ərzində küçəyə çıxma qadağasını pozan təxminən iki minə yaxın adamın cərimələnməsi ürəkaçan hal deyil. Çünki biz birlikdə hərəkət etməliyik ki, yoluxma halları maksimum azalsın. Əks təqdirdə görülən tədbirlərin nəticələri də ciddi effekt verə bilməz".
Könül Cəfərli 

Sosial       Tarix: 09 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Bu şəxslər daha tez pensiyaya çıxa biləcək

"Bu aydan Azərbaycanda qadınlar ilə kişilərin pensiya yaşları bərabərləşdi. Daha tez pensiyaya çıxmaq hüququ yalnız çoxuşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlarımıza da şamil olunur. Güzəştli şərtlər ilə pensiy

Paytaxtın bu rayonlarında işıq kəsiləcək

Paytaxtın Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, iyulun 7-də Yasamal Rayon Enerj

Bakıda işləyən bu şəxslərin maaşı ARTIRILDI

Bakıda çalışanların orta aylıq əməkhaqqı açıqlanıb. xəbər verir ki, 2026-cı ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artıb. Bununla da, paytaxtd

Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin

Yay aylarında havaların həddindən artıq isti keçməsi bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, səhər yorğun oyanmağın səbəblərindən biri də yataq otağında yüksək temperaturun olmasıdır

Dollarla bağlı kritik proqnoz verildi: manat üçün real ssenari açıqlandı

Dünyanın aparıcı banklarından olan "HSBC" ABŞ dollarının qarşıdakı dövrdə daha da bahalaşa biləcəyi barədə xəbərdarlıq edib. Bankın analitikləri hesab edirlər ki, ABŞ Mərkəzi Bankı (FED) sərt pul-kredit siyasətin

Naxçıvanda faciəvi hadisə - Hərbçi xanımı və övladı ilə birgə öldü

İyulun 5-də Şərurun Püsyan kəndi ərazisində qeydə alınan ağır yol qəzasında bir ailənin üç üzvü – ata, ana və 2025-ci il təvəllüdlü uşaq həlak olub. Qəza ilə bağlı Baş DYP İdarəsi məlumat yayıb. İlkin araşdırma zamanı məlu

Pulunu avroya dəyişdirmək istəyənlərin nəzərinə

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat olub. xəbər verir ki, avronun 0,2 % azalaraq 1,9359 manat, 100 Rusiya rublunun məzənnəsi 0,6

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2 avqust 2026-cı il tarixində BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, imtahanda iştirak etmək istəyə

Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti dünya bazarında 1 dollardan çox artıb. KONKRET.azxəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisəd


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər futbol xeberleri xeber.az 2026 enson xeberler