Evdən qaçan gəlin danışdı: "Tanış olduğum kişi ilə getdim

Evdən qaçan gəlin danışdı: Şəmkirdə qadın evdən qaçmasının səbəbini açıqlayıb.
Azxeber.com xəbər verir ki, Oxu.Az-a danışan Gülbəsti Qurbanova həyat yoldaşı tərəfindən şiddətə məruz qaldığını bildirib:
"Qayınanam və həyat yoldaşım davamlı məni uşağımın olmadığı üçün qınayırdılar. Hər şeydən bezmişdim. 5 il əvvəl tanış olduğum bir kişi vardı. Mənim telefonuma səhv düşmüşdü. Elə tanış olduq. O zaman nişanlı idim, nişanı qaytarmaq istədim, anamgil icazə vermədi".
G.Qurbanova bir dəfə tanış olduğu kişi ilə qaçmağa cəhd göstərsə də, alınmayıb:
"O, yolu tapa bilmədi. Dekabrın 31-i taksi ilə gəlib məni evdən götürdü".
G.Qurbanova əlavə edib ki, evdən çıxanda pul götürməyib:
"Evdən qızıllarımı və üst geyimimi götürüb çıxmışam. Şirvana çatan kimi qızıllarımı satdım. Kirayə ev tutdum, özümə paltar, qab-qacaq aldım. Artıq o ailəyə geri dönən deyiləm".
Qadın bildirir ki, evlənəndən bir ay sonra həyat yoldaşı onu döyməyə başlayıb:
"Məni döyürdü, səhərə qədər çöldə saxlayırdı. Sabahın açılmasına az qalmış evə salırdı ki, heç kim görməsin".
Qeyd edək ki, 24 yaşlı Gülbəsti Qurbanova sonuncu dəfə dekabrın 31-i evdən çıxıb və geri qayıtmayıb. Qayınanasının sözlərinə görə, gəlini evdən qaçan zaman özünə və həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını və evdə olan pulu aparıb. Həmin gündən sonra ondan xəbər olmayıb.
Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin əməkdaşları rayon sakini Gülbəsti Qurbanovanın itkin düşməsi ilə bağlı keçirdikləri müvafiq tədbirlərlə onu Şirvan şəhərində tapılaraq ailəsinə təhvil verilib.

Sosial       Tarix: 11 yanvar 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 hava proqnozu apa.az xeberler son xeberler 2026