Everestin yeni hündürlüyü müəyyən olundu
Everestin yeni hündürlüyü müəyyən olundu
Nepal və Çinin xarici işlər nazirləri ortaq bir mərasimdə Everestin yeni zirvəsini elan ediblər.
Bu barədə "RİA Novosti" xəbər yayıb.
Məlumata görə ölkələr üç il əvvəl Comolunqma dağının hündürlüyünü birlikdə ölçmək barədə razılığa gəliblər. İki ölkənin tədqiqat şöbələrinin məlumatlarına əsasən, Comolunqma dağının yeni hündürlüyünü 8848.86 metr elan olunub.
Everestin birgə ölçülməsi barədə razılaşma ÇXR sədri Si Tszinpinin keçən il Nepala səfəri zamanı əldə edilib. Yeni bir ölçmə ehtiyacı bir sıra alimlərin 2015-ci ildə baş verən dəhşətli zəlzələ səbəbiylə dağın hündürlüyünün azala biləcəyi ilə bağlı irəli sürdükləri iddiadan sonra ortaya çıxmışdı.
Xatırladaq ki, 2015-ci ilin aprel ayında Nepalda 7.9 bal gücündə zəlzələ baş verdi. Növbəti gün Nepal bir sıra yeraltı təkanlara məruz qaldı və təxminən iki həftə sonra ölkədə 7.3 bal gücündə yeni bir zəlzələ oldu. İki təbii fəlakət nəticəsində ümumilikdə təxminən doqquz min insan həlak olub, 22 mindən çox insan yaralanıb.
2015-ci ildə Çin birtərəfli qaydada Everestin hündürlüyünü 8844.04 metr elan etdi (beynəlxalq aləmdə hündürlük 8.848 metr tanınır). Bununla da Nepalla fikir ayrılığı yarandı. Everest dağının hündürlüyündə fərq olduğu üçün Nepal və Çin də sərhəd protokolunu imzalaya bilmirdi. /oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var