Evlənmək istəyənlərin 1979-da sifilis, 581-də İİV/QİÇS aşkarlanıb

Evlənmək istəyənlərin 1979-da sifilis, 581-də İİV/QİÇS aşkarlanıbAzərbaycanda nikaha daxil olmaq istəyənlər üçün məcburi tibbi müayinələrin aparılmasının tətbiq edildiyi 2015-ci il iyunun 1-dən indiyədək evlənmək istəyən 21 253 nəfərdə talassemiya daşıyıcılığı, 1979 nəfərdə sifilis xəstəliyi, 581 nəfərdə İİV/QİÇS, aşkar edilib.
Milli.Az əbər verir ki, bunu özəl olaraq Trend-ə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Direktorun sözlərinə görə, indiyədək hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 228 cütlük aşkar edilib.
Z.Əlimirzəyeva əlavə edib ki, 2015-ci il iyun ayının 1-dən indiyədək nikaha daxil olmaq üçün 616 076 nəfər insan qan müayinəsindən keçib. Yalnız bu ilin yanvar-oktyabr ayları ərzində 116 263 nəfər qan müayinəsinə cəlb olunub. Onların 3018 nəfərində talassemiya daşıyıcılığı, 126 nəfərində İİV/QICS, 251 nəfərində isə sifilis xəstəliyi aşkar edilib. Bu ilin 10 ayı ərzində hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 39 cütlük prenatal müayinəyə cəlb olunub.
Z.Əlimirzəyeva qeyd edib ki, cütlüyə daxil olan qadınların hamiləliyinin 12-18 həftəliyində dölyanı müayinələri aparılıb. Onların arasında dölü sağlam və talassemiya daşıyıcılığının olduğu (praktiki olaraq sağlam) hamilə qadınlar nəzarətə götürülüb, xəstə döllər isə həkim məsləhəti ilə abort edilib.
İnstitut direktoru əlavə edib ki, aparılan maarifləndirmə işləri nəticəsində evlənmək istəyən cütlüklər artıq nikahdan bir ay əvvəl deyil, hətta ailə qurmaq istədiklərini planlaşdırdıqları zaman müayinədən keçmək üçün müraciət etməyə başlayıblar.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 14 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər maraqlı xəbərlər xeberler krminal bu gun