"EY İlin İş Adamı™" müsabiqəsi sahibkarlara böyük imkanlar yaradacaq

"EY İlin İş Adamı™" müsabiqəsi sahibkarlara böyük imkanlar yaradacaq"Ernst&Young" şirkətinin Azərbaycanda ilk dəfə olaraq kiçik və orta sahibkarlar üçün keçirdiyi "EY İlin İş Adamı"  müsabiqəsinə müraciətlər davam edir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strateji tərəfdaşlığı ilə təşkil olunan müsabiqəyə Azərbaycan Beynəlxalq Bankı və BP dəstək verir, Ekvita şirkəti isə texniki dəstək göstərir. Müsahibimiz Azərbaycan Beynəlxalq Bankının Kiçik və orta sahibkarlarla iş departamentinin direktoru Nuru Xəlilovdur. O, müsabiqə barədə suallarımızı cavablandıracaq.  
- Nuru müəllim, "EY İlin İş Adamı"  müsabiqəsinin keçirilməsində məqsəd nədir?
- Əvvəlcə, onu qeyd edim ki, "EY İlin İş Adamı qlobal bir platformadır. Azərbaycanda ilk dəfə olaraq sahibkarlar üçün keçirilən müsabiqə də regionda və dünyada sahibkarlıq biznesinə dəstək verən bu qlobal proqramın bir hissəsidir. Bu müsabiqə platforması 30 ildən çoxdur ki, fəaliyyətdədir. Hər il dünyanın 60-dan çox ölkəsində, 145 şəhərində keçirilir. Əsas məqsəd də uğurlu sahibkarları üzə çıxarmaq, onlara dəstək olmaqdır.
- Bu müsabiqə kiçik və orta sahibkarlara hansı imkanları yaradır?
- "EY İlin İş Adamı " müsabiqəsində iştirak etməklə sahibkarlar, ilk növbədə, öz biznes əlaqələrini, işgüzar çevrələrini genişləndirirlər. Bizneslərini böyütmək üçün yeni yollar kəşf edirlər. Müsabiqə onlara şirkət və komanda profillərini yüksəltmək imkanı verir.
- Müsabiqə bütün sahibkarlara açıqdır?
- Bəli, iştirak meyarlarına cavab verən hər bir iş adamı müsabiqəyə qatıla bilər.
- Bəs bu meyarlar nədən ibarətdir?
- Müsabiqəyə qoşulan sahibkar və onun təmsil etdiyi şirkət Azərbaycanda fəaliyyət göstərməlidir. Bundan başqa, iştirakçı ən azı son 3 il ərzində fəaliyyət göstərən şirkətin birbaşa rəhbəri və ya şirkətin səhmlərinin ən azı 20 faizi dəyərində biznesdə əhəmiyyətli şəxsi maliyyə payı olan və əməliyyatlar üzrə məsul şəxs olmalıdır. Bu şirkətə ən azı son 2 ildə rəhbərlik etməlidir. İştirakçının təmsil etdiyi şirkətin dövriyyəsi 1 milyon manatdan 30 milyon manatadək olmalıdır. Bir də, iştirakçı son 3 il üzrə vergi nəticələrinin izlənilməsini və maliyyə hesabatlarının təqdim olunmasını təmin edə bilməlidir. Bunlar əsas meyarlardır.
- Müsabiqə milli səviyyədə keçirilir?
- Bəli. Bütün iştirakçılar milli mərhələdə yarışacaq. Müsabiqənin qalibi isə 2020-ci ilin iyununda Monte-Karloda keçiriləcək Dünya üzrə İlin İş Adamı yarışında iştirak hüququ qazanacaq.
- Münsiflər kimlərdir?
- Müsabiqəyə qoşulmuş bütün sahibkarların müraciətlərini nüfuzlu beynəlxalq təşkilatları təmsil edən müstəqil münsiflər qiymətləndirəcəklər. Namizədliyin irəli sürülməsi və seçim prosesinin ardınca münsiflər uyğun namizədlər arasından finalçıları və qalibi seçəcəklər. Qiymətləndirmələr dövriyyədəki artım, mənfəət, iştirtakçının liderlik xüsusiyyətləri, yenilikçiliyə meylliliyi, yaradıcı və bacarıqlı marketinq tətbiqləri, sosial məsuliyyət, dayanıqlıq və s. bu kimi amillər əsasında aparılacaq.
- Sahibkarlar öz namizədliklərini necə irəli sürə bilərlər?
- Bunun üçün www.eoy.az saytına daxil olub qeydiyyatdan keçmək lazımdır. Müsabiqəyə olan böyük marağı nəzərə alaraq, müraciətlərin qəbulunun son tarixi yanvarın 19-a qədər uzadılıb. Sonrakı mərhələdə müraciətlərə baxılacaq, qiymətləndirmələr aparılacaq. Finalçılar və yekun qalib isə martın 11-də keçirilən qala mükafatlandırma mərasimində elan olunacaq.
- Necə bilirsiniz, Azərbaycan Beynəlxalq Bankının müştərisi olan kiçik və orta sahibkarlar bu müsabiqədə iştirak edəcəklərmi?
- Bu müsabiqə ölkəmizdə kiçik və orta sahibkarlıq biznesinin inkişafı baxımından çox gözəl bir yenilikdir. Ona görə də Azərbaycan Beynəlxalq Bankı "EY İlin İş Adamı" müsabiqəsinə məmnuniyyətlə dəstək verir. Biz müştərilərimiz arasında fəal məlumatlandırma işləri aparırıq ki, belə bir imkan haqqında daha çox sahibkar məlumatlı olsun, müsabiqəyə qatılsın və bu proqramın yaratdığı imkanlardan faydalansın.
Ümumiyyətlə, Azərbaycan Beynəlxalq Bankı son dövrlər kiçik və orta sahibkarlığa dəstək məqsədilə bir sıra ardıcıl layihələr həyata keçirir. Hətta Bankda sırf bu müştəri seqmenti ilə işləyən ayrıca struktur bölmə də yaradılıb. Çalışırıq ki, bank məhsullarımız kiçik və orta sahibkarlar üçün daha sərfəli və əlçatan olsun. Xidmətlərimizi onların istəklərinə uyğunlaşdıraq. Bu layihələr nəticəsində getdikcə daha çox sahibkar Azərbaycan Beynəlxalq Bankının yaratdığı imkanlardan faydalana bilir. "EY İlin İş Adamı" müsabiqəsinə dəstəyimiz də bu yöndə gördüyümüz işlərin tərkib hissəsidir. /news.milli.az

İqtisadiyyat       Tarix: 30 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxəbərlər butun xeberler cəbhədən son vəziyyət xabarlar