Fantastik qiymətə toya gedən Natiq Şirinov: "45 000 çox kiçik rəqəmdir, 220 min manat qazanmışam" - FOTO

Fantastik qiymətə toya gedən Natiq Şirinov: Fantastik qiymətə toya gedən Natiq Şirinov: "45 000 çox kiçik rəqəmdir, 220 min manat qazanmışam" - FOTO
"45 min manat çox kiçik rəqəmdir. Elə məclis olub ki, 150-220 min manat qazanmışam".
Bunu "Qaynarinfo"ya Xalq artisti Natiq Şirinov rəhbərlik etdiyi "Natiq" ritm qrupunun toy qiymətləri ilə bağlı danışarkən deyib.
O, sənətinin bu səviyyəyə gəlib çatmasına görə sağlamlığını itirdiyini bildirib:
"Vaxt var idi, Natiq toya 10 manata gedirdi. Niyə ondan yazan yox idi? Mən nağaranın qiymətini 10 manatdan 220 min manata qaldıran sənətkaram. Nağara yox idi, amma mən onu əllərimlə dünyaya tanıtdım. Türkiyəli sənətçi Murat Boz Azərbaycana 400 min dollara gələndə heç bunu yazan olmadı, mənim toy qiymətimi elə tez yazırlar ki... Ledi Qaqa iki milyona Azərbaycana gəlmişdi. Yaxşı ediblər, qiymətləri də odur və bu pulu onlara verənlər də sağ olsunlar. Nəyisə biz istəməklə deyil, gərək onu Allah versin. Amma mənim bu yolda sağlamlığım gedib".
Natiq Şirinov 200-220 min manatı konsertlərdən, tədbirlərdən götürdüyünü açıqlayıb:
"Bu boyda pulu toyda verməzlər. Biz məclisə 80 nəfərlə giririk və 45 min manat alırıq. Həmin tədbirlərdə Xalq artisti Alim Qasımov və "Mirvari" rəqs qrupunun üzvləri də bizimlə birlikdə olurlar. Proqramımızda 10-dan çox nömrə nümayiş etdiririk. Axırda aldığımız pulu 85 nəfərin arasında bölürük. Ondan mənə 1 500 manat çata, ya çatmaya. Mən rəhbər olmadım ki, musiqiçimə 20 manat verəm. Bu gün musiqiçim bir tədbirə 300 manatdan aşağı getmir. Düz də edir. Mən düz adamam. Qazancımı niyə tək yeyim? Onlar da mənimlə əziyyət çəkirlər. Sağ olsunlar, bizdən yazanlar reklam edirlər".
Natiq Şirinov bir il ərzində əllərinin müalicəsinə sərf etdiyi məbləği də açıqlayıb:
"Gəlin, mənim əlimə baxın. 2004-cü ildən bu günə kimi hər il əllərimi müalicə etdirirəm. Hər il mən 20 min dollardan çox müalicəyə pul verirəm. Niyə bunu yazmırsınız? Beynəlxalq festivallarda yer tutmaq, Azərbaycan nağarasını dünyaya tanıtmaq üçün əllərimi bu yolda qoydum. Festivallarda qələbə qazanmaq üçün əllərimi nağaraya vurmaqdan çürümə başladı. Natiq erməninin əlindən nağaranı alan adamdır. Siz bunu görmürsünüz? Xalqıma canım qurban, dünyada mənim xalqımdan yoxdur. Mənim xalqım məni çox istəyir. Əllərimin qabarı ilə xalqıma xidmət edib, ailəmə çörək qazanmışam. Yüzlərlə Azərbaycan gəncini yetişdirib dünyaya yaymışam. Sənətkarın dəyəri öpüşlə, əl çalmaqla deyil e, onun qiymətini maddiyyatla ortaya qoyarlar. 200 min nədir ki? Bu, nağara musiqi sənətinə verilən qiymətdir".
Qeyd edək ki, Xalq artisti Natiq Şirinovun rəhbəri olduğu "Natiq" ritm qrupunun toy qiymətləri açıqlanıb. Belə ki, qonorar 1 500 manatla 45 min manat arasında dəyişir.
Natiq Şirinov toyda açılış və aşgətirmə mərasimində yer alırsa, 15 nəfərlik musiqiçi ilə 10 min manat tələb edir. Əgər gəlingötürdü, açılış, aşgətirdi və "Yallı" istəyirsinizsə, 25 min manat ödəməlisiniz. Qavaldaşı dinləməyi arzulayanlar 17 min manat ödəməlidirlər.
Məclisdə Alim Qasımov yer alarsa, bu qiymət 30 min manata yüksəlir. Qrupun "Premium paket" adlandırdığı xidmət isə 45 min manatdır. Buna isə gəlingötürdü, Natiq Şirinov və Alim Qasımovun yer aldığı açılış mərasimi, aşgətirdi və "Yallı" daxildir.
Fantastik qiymətə toya gedən Natiq Şirinov: / oxu.az

Şou Biznes       Tarix: 01 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb. Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozu

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler az cəbhədən ən son xəbər bu gune olan xeberler cəbhədən yeni xəbərlər