Fərid Məmmədov "Forbes"da Azərbaycanın yeni rəqəmsal erasından bəhs etdi
Qlobal biznes dünyasının ən nüfuzlu tribunalarından olan "Forbes Middle East" jurnalı bu dəfə diqqətini Azərbaycanın sürətlə dəyişən iqtisadi mənzərəsinə yönəldib. Bir ekosisteminin baş icraçı direktoru, Kapital Bank-ın Müşahidə Şurasının sədri Fərid Məmmədov nüfuzlu nəşrdə dərc olunan məqaləsində Azərbaycanın qeyri-neft sektorunun yüksəlişi və ölkənin regional innovasiya habına çevrilməsi vizyonunu təqdim edib. Məqalə sadəcə bir iqtisadi təhlil deyil, eyni zamanda Azərbaycanın qlobal rəqəmsal arenadakı yeni yerinin manifesti xarakteri daşıyır.
Yazıda Fərid Məmmədov ölkə iqtisadiyyatının şaxələndirilməsi fonunda maliyyə texnologiyalarının oynadığı həlledici rolu xüsusi vurğulayıb. O qeyd edib ki, Azərbaycan artıq resurs əsaslı iqtisadiyyatdan, bilik və texnologiya əsaslı yeni bir eraya keçid edir. Bu transformasiyanın dəstəkçilərindən biri də insanların həyat tərzini kökündən dəyişən, bankçılıq və gündəlik xidmətləri vahid çətir altında birləşdirən Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemidir. Müəllif məqaləsində rəqəmsal həllərin sadəcə biznes proseslərini deyil, cəmiyyətin maliyyə vərdişlərini necə müsbətə doğru dəyişdiyini qlobal auditoriyanın diqqətinə çatdırır.
Məqalənin ən yaddaqalan məqamlarından biri Fərid Məmmədovun gələcək vizyonu ilə bağlıdır: "Bizim hədəfimiz rəqəmsal xidmətlər təklif etməklə yanaşı, sərhədləri aşan və qlobal bazarlara inteqrasiya edə bilən dayanıqlı texnoloji infrastruktur qurmaqdır. Bu gün Azərbaycan regionda rəqəmsal inkişafın əsas liderlərindən biri kimi çıxış edir və innovasiya ixrac edən ölkəyə çevrilmək yolundadır". Qeyd edək ki, Forbes nəşrində yer alan bu fikirlər Azərbaycanın investisiya cəlbediciliyini və texnoloji potensialını beynəlxalq işgüzar dairələrə çatdırmaq baxımından strateji əhəmiyyət daşıyır.
Məqaləni oxumaq üçün link:
Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir. / azxeber.com

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür