Fəridi İrana çağıran iranlı qız kəşfiyyatçı olub? - İLGİNC DETALLAR

Fəridi İrana çağıran iranlı qız kəşfiyyatçı olub? - İLGİNC DETALLAR"İranda günahsız olaraq həbsxanada saxlanılan Azərbaycan vətəndaşı Fərid Səfərli olayında diqqətimi iranlı qızın kimliyi çəkib. Fəridin anasının sözlərinə görə, oğlu Almaniyanın Yena Universitetində təhsil alarkən, İrandan bu universitetə praktika üçün gələn iranlı qızla tanış olub. Həmin qız praktikası başa çatandan sonra İrana qayıdıb".
KONKRET.az xəbər verir ki, bunu Elxan Şahinoğlu deyib.
Ekspert ehtimal edib ki, həmin qız İran kəşfiyyatına işləyə bilər:
"Bundan sonra Fərid iranlı qızla İstanbulda görüşməyə qərara gəlib. Ancaq qız İstanbula gəlməyib və telefonda bunu Fəridə belə izah edib ki, guya viza məsələsini həll edə bilməyib. Axı İran vətəndaşına Türkiyəyə getmək üçün viza tələb olunmur. İran vətəndaşları illərdir sərbəst şəkildə Türkiyəyə səfər edirlər. Bundan sonra Fərid Səfərli İrana gedib və dərhal da saxta ittihamla həbs olunub. Mən də belə təəssürat yaranıb ki, iranlı qız Fəridi İrana gətirmək üçün viza mövzusunu uydurub. Almaniyaya praktikaya getmək üçün maliyyə vəsaiti olan iranlı qızın Türkiyəyə getməsi üçün də bir maneəsi olmamalı idi. Fəridin həbsxanada olduğu müddətdə həmin qızın onunla görüşə təşəbbüs göstərməsi barədə məlumat yoxdur. Həmin qız ölkəsinə gətirdiyi Fəridə "casus" damğası ilə həbsxanaya atılmasına seyrçi qalıb. Ya həmin qız ailəsinin təzyiqi ilə Fəridə dəstək verməkdən qorxub, ya da elə Almaniyada olarkən İran kəşfiyyatının tapşırığını yerinə yetirib".
Xatırladaq ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə 2 il müddətinə həbs edilib.
Məlik,
KONKRET.az

Siyasi       Tarix: 30 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünkü son xəbərlər idman xeberleri valyuta məzənnələri sou xeberler bugun