Fermerlər yeni subsidiya üsulu ilə 77 təchizatçıdan istehsal vasitələri alıb

Fermerlər yeni subsidiya üsulu ilə 77 təchizatçıdan istehsal vasitələri alıb2020-ci ildə qüvvəyə minmiş yeni subsidiya mexanizmi gübrə bazarının nəzərəçarpacaq dərəcədə liberallaşmasına səbəb olub.
Milli.Az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev Trend-ə açıqlamasında bildirib ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 238 gübrə, 400-dək toxum və ting təchizatçısı qeydiyyatdan keçib.
Onun sözlərin görə, yeni qayda ilə verilən subsidiyalardan faydalandığını EKTİS-də 25 gübrə təchizatçısı qeyd edib: "Bu təchizatçılar arasında həm hüquqi, həm də fiziki şəxslər var. Əkin subsidiyası almış 100 min nəfərədək fermer bu təchizatçılardan 46 min ton gübrə alıb və bunun müqabilində 32 milyon manat subsidiya vəsaiti xərcləyib.
Ümumilikdə indiyədək 382,5 min fermerə 201,3 milyon manat subsidiya ödənilib. Bu vəsaitin 151 milyon manatı nağdsız hissədir. Fermerlər kartlarındakı nağdsız hissədən təchizatçılara POS-terminallar vasitəsilə ödəmə etməklə gübrə, pestisid, toxum və ting ala bilirlər. "Fermer Kartı"nın hazırlanması və saxlanması üzrə Aqrar Kredit və İnkişaf Agentliyinin tərəfdaşı olan "Kapital Bank" ASC-nin məlumatına görə, fermerlər nağdlaşdırılmayan 75 milyon manat subsidiya vəsaiti ilə 77 təchizatçıdan təsərrüfatları üçün lazım olan istehsal vasitələri alıblar".
Agentlik sədri deyib ki, təchizatçılar öz məlumatlarını, anbarlarında olan məhsulları, satışları barədə informasiyanı EKTİS-də qeyd edirlər. Sistem onlara anbar qalıq və çıxış məlumatlarını tam izləməyə yardım edir: "Yeni sistem bizə də subsidiyalardan istifadə edənləri müəyyənləşdirməyə imkan verir. İlin sonunda kartlardakı qalıqlar, təchizatçılardan alışların statistikasını çıxarmaqla biz subsidiyanın real istifadəçilərini, real və yaxşı təsərrüfatçıları təyin edə biləcəyik. Bu məlumatların təhlilindən sonra "Fermer Kartı"nda qalan nağdlaşdırılmamış hissənin növbəti ilə saxlanılıb-saxlanılmaması ilə bağlı qərar veriləcək",
Yeni subsidiya qaydalarına görə, vahid subsidiya sistemi təqdim edən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində təkcə fermerlər deyil, onlara xidmət göstərən təchizatçılar da qeydiyyatdan keçməlidirlər. Bu, təchizatçılara özlərini fermerlərə tanıtmaq və subsidiya hesabına gübrə, toxum, ting satmaq imkanı verir. Sistemdə qeydiyyatdan keçib öz satışlarını qeyd etməklə, təchizatçılar fermerlərə məhsulları və satış yerləri barədə məlumat vermiş olurlar.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 08 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir


yeni xeberler son xeberler azerbaycan xeberleri zelzele valyuta mezennesi 2026 cəbhədən son vəziyyət son xeberler bugun 2026 muharibe