Fəzail Ağamalı: 'Deputat xalq tərəfindən seçildiyini unutmamalıdır

Fəzail Ağamalı: 'Deputat xalq tərəfindən seçildiyini unutmamalıdır"Tam məsuliyyətlə deyərdim ki, Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi tam adekvat və ədalətli qərar oldu və həqiqəti özündə ehtiva edir. Deputata mandat verən Azərbaycan xalqıdır, o, özünün davranışı, hərəkətə ilə hər baxımdan nümunəvi olmalıdır. Deputat hər zaman cəmiyyətin xüsusi diqqətində olan şəxsdir, çünki onların əhali, seçicilərlə əlaqələri olur. Deputatlar bu amilləri nəzərə almalıdır".
Azxeber.com xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məlisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı deyib.
Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi ilə bağlı danışan deputat bu cür addımların yolverilməz olduğunu bildirib:
"Deputat xalq tərəfindən seçildiyini unutmamalıdır. Bu baxımdan kiməsə görə üzülmək, məsələdə günahın kimdə olduğunu araşdırmaq kimi fikirlərə yol vermək olmaz, fakt ortadadır. Eldəniz Səlimov Milli Məclisin deputatı kimi həm seçicisinə, həm də dövlət məmuruna, bizim təhlükəsizliyimizi qoruyan polisə zorakılıq tətbiq edib. Növbədənkənar plenar iclasda da bildirdim ki, kiminsə bu adama yazığı gəlmək üçün haqqı yoxdur. O, uşaq deyil, heç qoca da deyil. Eldəniz Səlimov orta yaşlı, ağlı başında olan, bir neçə dəfə deputat seçilən şəxsdir. Onun bu əməli bağışlana bilməz. Bu hərəkətin lazımi səviyyədə araşdırılması üçün prokurorluğun təqdim etdiyi müraciətə müsbət cavab verməli idik. Belə fikirlər var ki, guya məsələdə başqa nüanslar var, ona təhdid və təzyiqlər olub, mən bununla da razı deyiləm. O, iclasda bu barədə çox danışmadı, baş verən hadisəyə görə peşman olduğunu və üzr istədiyini bildirdi və əlavə etdi ki, hadisənin səbəblərinin obyektiv şəkildə araşdırılmasını istəyir".
Fəzail Ağamalı məsələ ilə bağlı keçirilən növbədənkənar plenar iclasda bəzi deputatların fərqli fikirlər səsləndirməsi, cəzanın adekvat olmaması ilə bağlı düşüncələrə də toxunub:
"Deputatlardan biri bildirdi ki, Milli Məclis istintaqa nəzarət etsin, mən də bildirdim ki, Milli Məclisin buna səlahiyyəti yoxdur. Bəzi şəxslər müəyyən qədər emosional yanaşdılar. Hüquqi, siyasi, etik baxımdan deyil, emosional yanaşmalar oldu, iclasda bununla bağlı da fikirlərimi bildirdim. Hər kəs vəzifəsindən asılı olmayaraq, qanun qarşısında məsuliyyət daşıyır. İnsanların hüquq qarşısında bərabərliyi var. Kimsə fikirləşirsə ki, bu, Milli Məclisin nüfuzuna mənfi təsir edəcək, bununla razı deyiləm. Hazırda Milli Məclisdə 119 deputat var və onlardan 118-i öz üzərinə düşən vəzifəni başa düşür, gücü və intellekti kifayət etdiyi qədər dövlətə xidmət edir. Öz vəzifəsini başa düşməyən bir nəfərə görə niyə 118 nəfər niyə məsuliyyət daşımalı, utanmalıdır? Niyə həmin bir nəfərə görə Milli Məclisin fəaliyyətinə kölgə düşməlidir? İclasda çox mülayim fikir səsləndirənlər vardı, mən bununla razılaşmıram. Dövlətçilikdə güzəşt olmamalıdır. Milli Məclisdəsənsə, vəzifəni layiqincə yerinə yetir. Bacarmırsansa, istefa mədəniyyətin olsun, de ki bacarmıram, get. İclasda da bildirdim, Eldəniz Səlimovun hərəkətləri və davranışları Milli Məclisin fəaliyyətinə kölgə sala bilməz. Kölgə yalnız onun özünə, adına düşə bilər. O, hərəkəti ilə öz seçicilərinə hörmətsizlik etdi. Öz seçicisinə qarşı zorakılıq edən şəxs necə deputat olaraq davam edə bilər? Eldəniz Səlimovun ona qarşı təhrik və təzyiqlərin olması ilə bağlı sözlərinə də ciddi etiraf kimi yanaşmıram".

Sosial       Tarix: 04 avqust 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber krimnal bugun sonxəbər en son xeberleri