Fəzail Ağamalının qızının deputatlığa namizədliyi təsdiqləndi
Növbədənkənar parlament seçkilərində namizəd olmaq üçün müraciət edənlərdən daha biri təsdiqlənib.
KONKRET.az xəbər verir ki, Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya Məsələləri üzrə müşaviri, deputat Fəzail Ağamalının qızı Günay Ağamalı bu il sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürüb.
"Qarşıdan gələn növbədənkənar Parlament seçkilərində iştrak etmək üçün 65 saylı Salyan-Biləsuvar-Neftçala Dairə Seçki Komissiyası tərəfindən rəsmi şəkildə qeydiyyata alındım. Öz imzaları ilə mənə etimad göstərib, belə bir şansı verən dəyərli seçicilərimə dərin təşəkkürümü bildirirəm", – Günay Ağamalı bildirib.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsi səsvermə gününə ən çox 50, ən azı isə 30 günə qalmışa qədər 18:00-dək davam edəcək.
Turlar.az [newsid: 0-123300]

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı