ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizaları təsdiqləyib. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, vizalar həm İranın əsas nümayəndə heyətinə, həm də onların fəaliyyəti üçün zəruri hesab edilən müşayiətçi heyətə verilib.
Politoloq Sədrəddin Soltan azxeber.com-a açıqlamasında deyib ki, bu, İranın çağdaş tarixində ilk hal deyil:
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?"BMT Baş Assambleyasının növbəti sessiyasında İranın nümayəndə heyətinin, yəni Prezident Məsud Pezeşkianın və xarici işlər naziri Abbas Arakçının iştirak etməsi gözlənilir. Bu, İranın çağdaş tarixində ilk hal deyil. Çünki ondan əvvəl Həsən Ruhaniyə, Məhəmməd Xatəmiyə və Mahmud Əhmədinejada da BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün ABŞ tərəfindən viza verilmişdir. Əvvəlki prezidentlərin Nyu-Yorka səfəri zamanı ABŞ rəsmiləri onlarla görüşmüşdü.  Hətta Məhəmməd Xatəmi ilə görüşməyə cəhdlər olub.  Eyni zamanda ABŞ-nin keçmiş prezidenti Bill Klinton Baş Assambleyasının toplantısında o vaxtkı İran Prezidenti Məhəmməd Hatəminin nitqinə qulaq asmaq üçün gəlib". 
O qeyd edib ki, görüşlərin ABŞ-İran münasibətlərinin normallaşması üçün hər hansı müsbət təsiri olacağı ehtimalı çox azdır:
"Sadəcə olaraq, indiki şərait əvvəlkilərdən fərqlənir. Çünki bu sessiyada İran nümayəndəliyi ABŞ ilə münasibətlərin gərgin olduğu bir vəziyyətdə iştirak edir. Onlar BMT kürsüsündən imkan daxilində mövcud vəziyyəti çatdırmağa çalışacaqlar. İndiki şəraitdə də ehtimal etmək olar ki, ABŞ Dövlət Departamentinin əməkdaşları, yaxud başqa qurumun təmsilçiləri Məsud Pezeşkian və Abbas Əraqçi ilə görüşməyə cəhd etsinlər. 
Belə bir görüşün ABŞ-İran münasibətlərinin normallaşması üçün hər hansı müsbət təsiri olacağı ehtimalı çox az olar.  Sadəcə olaraq, bu, münasibətlərin vəziyyətini BMT tribunasından dünya dövlətlərinə çatdırmaq üçün imkan yaranacaq. Toplantı çərçivəsində, ABŞ və İran nümayəndələri arasında təmas olarsa, bunu tərəflər arasında münasibətlərin normallaşması istiqamətində müəyyən uğurlu addımların atılması kimi qiymətləndirmək olar".
Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 8-də Nyu Yorkda öz işinə başlayıb. Yüksək Səviyyəli Liderlər sammiti həftəsi isə sentyabrın 22-də start götürəcək.
Şahanə Ziyad

Siyasi       Tarix: 18 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Zelenskidən KRİTİK TƏKLİF: "Rusiya bu addımı atsa..."

Ukrayna qarşılıqlı addım atılacağı təqdirdə Rusiyanın kritik infrastruktur obyektlərinə zərbələr endirməməyə hazırdır. xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb

Alen Simonyan Moskvadan soruşdu: "Baza mövzusunu kim qaldırıb?"

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib ki, Gümrüdəki Rusiya 102-ci hərbi bazasının mövzusunu İrəvan qaldırmayıb. Ermənistan KİV-inə istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında Simonyan bildiri

"Polşa dövlətçiliyi iki-üç günə yox olacaq" - Rusiya hədə-qorxu gəldi

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya prezidenti Vladimir Putinin Moskvanın Avropa ilə müharibə aparmaq üçün heç bir əsasının olmadığı barədə sözlərinə qulaq asmır. KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi

20 sentyabr Azərbaycanın yaxın tarixində dövlətçilik baxımından mühüm əhəmiyyət daşıyan günlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si ölkəmizd

Trampı qəzəbləndirən ADDIM: Kanada Aİ-yə qoşulur?

Kanadanın Baş naziri Mark Karni Avropa Parlamentində çıxışı zamanı bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) Kanadaya "assosiativ üzv" statusu verilməsi ilə bağlı ambisiyalarını "alqışlayır". KONKRET.azxəbə

Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərinin yekunlarına dair paylaşım edib. Hakan Fidan qeyd edib ki, Türkiyə və Azərbaycan bölgədə sabitliyin təmin olunmasında mühüm rol oynayan iki ölkədir. "Qarda

Ermənistan Aİİ ilə bağlı qərar verdi

Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olaraq qalır və bu qurumda iştirakın yaratdığı imkanlardan maksimum istifadə etməyi planlaşdırır. -a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin plena

İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqa

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb. xəbər verir ki, mərasim Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı il


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az cəbhədən ən son xəbər xeber.az son xeberler son xeberler bugun 2026 canli