Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı mövqeləri fərqlidir

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı mövqeləri fərqlidirRusiya və Ukraynanın mümkün atəşkəslə bağlı irəli sürdükləri şərtlər bir-birindən ciddi şəkildə fərqlənir və bu fərqliliklərin razılaşdırılması zəruridir.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Polşadan Ukraynaya səfəri zamanı qatarda onu müşayiət edən jurnalistlərlə söhbətində bildirib.
"Adətən hər iki tərəf atəşkəs istədiyini deyir, heç kim buna qarşı olduğunu açıq şəkildə ifadə etmir. Amma əslində, hər iki tərəfin bu məsələdə fərqli tələbləri var. Danışıqlar və vasitəçilik də bu fərqli tələbləri ortaq məxrəcə gətirmək üçün aparılır," – deyə Fidan qeyd edib.
Nazir əlavə edib ki, Rusiya tərəfi atəşkəsin müvəqqəti xarakter daşımasından narahatdır:
"Rusiya haqlı olaraq sual edir: 30 günlük atəşkəsdən sonra müharibə yenidən başlayacaqsa, bunun mənası nədir? Onlar konkret nəticə əldə olunmasını istəyirlər. Bu da təbii ki, onların danışıqlara yanaşmasına təsir edir."
Fidanın sözlərinə görə, Ukrayna və Rusiya mövqeləri ilkin mərhələdə bir-birindən uzaq olsa da, vasitəçilik yolu ilə tərəfləri ortaq nöqtəyə gətirmək mümkündür.
"Burada ABŞ-nin rolu xüsusi önəm daşıyır. Prezident Donald Trampın iradəsi var və o, dərhal atəşkəsin əldə olunmasını istəyir. Hazırda Ukrayna və Avropa Vaşinqtonun mövqeyinə uyğunlaşmaqda elastiklik göstərir. Əgər Rusiya da eyni elastikliyi nümayiş etdirməsə, bu, ABŞ baxımından onu əlverişsiz mövqeyə sala bilər," – deyə nazir vurğulayıb.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 29 may 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeber krimnal bugun xeber az bu gune olan xeberler