Filarmoniyaya "şortik"lə giriş qadağandır? - FOTO
Filarmoniyaya "şortik"lə giriş qadağandır? - FOTO
Bakıda vətəndaş sırf geyiminə görə konsertə buraxılmadığını iddia edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı o, sosial şəbəkədə məlumat paylaşıb.
Şəxs qeyd edib ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən konsertə "şortik" geyindiyi üçün buraxılmayıb. Bu iddia sosial şəbəkə izləyiciləri arasında narazılığa səbəb olub.
Oxu.Az-ın əməkdaşı konsertə geyiminə görə buraxılmayan Elsevər Muradzadə ilə danışıb.
"Təsadüfən Filarmoniya tərəfdə idim. Dostlarım konsertə dəvət etdilər, mən də məmnuniyyətlə qəbul etdim. İçəri girəndə nəzarətçi bildirdi ki, "şortik"də içəri keçmək olmaz. Sonra "Facebook" səhifəmdə bununla bağlı paylaşım etdim və məlum oldu ki, qadınlar "şortik"də keçə bilərlər. Qadağa yalnız kişilərə aiddir".
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ Filarmoniyanın daxili qaydasıdır:
"Bir neçə il bundan öncə Filarmoniyanın direktoru əsasnamə təsdiqləmişdi. Bu qaydalar Filarmoniyanın həm yuxarı, həm də aşağı girişində yazılıb. Məsələ ilə bağlı qeydlər var.
Filarmoniyaya "şortik" və "vetnamka" (çəkələk) ilə daxil olmaq qadağandır. Orada klassika nümayiş olunur. Kiminsə "şortik"lə konsertə gəlməsi düzgün deyil. Daxili qaydadır. Ötən gün baş tutan konsertdə qadınların "şortik"lə buraxılıb, kişilərə icazə verilməməsi ilə bağlı məqamı isə araşdırmaq lazımdır".
Nəzrin Vahid
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR