Finlandiya və Fransa prezidentləri Ukrayna məsələsini müzakirə etdilər
Finlandiya və Fransa prezidentləri Sauli Niinisto və Emmanuel Makron arasında telefon danışığı olub.
KONKRET.az xəbər verir ki, bu barədə Finlandiya liderinin ofisinin bəyanatında deyilir.
Məlumata görə, liderlər telefon danışığı zamanı Ukrayna ətrafındakı vəziyyəti və bununla bağlı Avropa təhlükəsizliyini müzakirə ediblər. Dövlət başçıları Rusiya ilə dialoqun vacibliyini vurğulayıblar.
"Prezidentlər Ukrayna sərhədlərindəki mövcud vəziyyəti və Avropanın təhlükəsizliyi ilə bağlı vəziyyəti müzakirə ediblər. Hər iki tərəf Rusiya ilə dialoqun vacibliyini vurğulayıb. Müzakirələr zamanı Avropanın səsinin aydın şəkildə eşidilməsi son dərəcə vacibdir", – bəyanatda deyilir.
Qeyd olunur ki, Finlandiya Prezidenti də Fransanın Avropa İttifaqına sədrliyi fonunda Makronun fəaliyyətini dəstəkləyib. Bundan əlavə, liderlər Avropa İttifaqı çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığı və ABŞ ilə yaxın əlaqələri müzakirə ediblər.
Kurslar.az kurslar [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı