Firon I Amenhotepin görünüşü bərpa edilib - FOTO

Firon I Amenhotepin görünüşü bərpa edilib - FOTOFiron I Amenhotepin görünüşü bərpa edilib - FOTO
İlk dəfə olaraq firon I Amenhotepin mumiyası kompyuter tomoqrafiyası (KT) skanerindən istifadə edilərək araşdırılıb.  Bu mumiyanın həqiqiliyini təsdiqləməyə və qədim Misir hökmdarının xarici görünüşünü yenidən qurmağa kömək edib.
Beynəlxalq fiziklər və arxeoloqlar komandasının işinin nəticələri "Frontiers in Medicine" elmi jurnalında dərc olunub.
"Biz mumiyanın kəfənini virtual olaraq açmaq və fironun zahiri görünüşünü öyrənmək üçün müasir texnologiyadan istifadə etdik. Təhlillərimiz göstərdi ki, I Amenhotep təxminən 35 yaşında vəfat edib. Onun boyu 169 santimetr olub, dişləri yaxşı vəziyyətdədir. Bədəni 30 amulet və unikal qızıl kəmərlə bəzədilib", - Qahirə Universitetinin professoru Səhər Salim bildirib.
Qeyd edilir ki, I Amenhotepin mumiyası hələ 1881-ci ildə fransız arxeoloqları tərəfindən Misirin cənubundakı Deyr əl-Bahari məzarlığında aşkar edilib. Onun sarkofaqı, kəfəni və digər komponentləri demək olar ki, orijinal formada günümüzə qədər gəlib çatıb. Onun kəşfi arxeoloqlar arasında çoxlu mübahisələrə səbəb olub.
Məsələ burasındadır ki, fironların XXI sülaləsinin salnamələrində I Amenhotepin və Yeni Krallığın bir çox başqa hökmdarlarının məzarlarının talan edildiyi, mumiyaların bəzilərinin zədələndiyi göstərilir. Bu, kahinləri qalan məzarları evakuasiyaya və mümkün olduğu təqdirdə bərpasına sövq edib.
Salim də daxil olmaqla bir çox tarixçi I Amenhotepin qalıqlarının itdiyini, kəfənin içərisində isə qədim Misirin sonrakı hökmdarının cəsədinin ola biləcəyini düşüb.
Səlim və onun həmkarları ilk dəfə I Amenhotepin mumiyasını KT skaneri ilə tədqiq etdikdən və onun rəqəmsal əkizini yaratdıqdan sonra şübhələri aradan qaldırıblar.
"Əldə etdiyimiz görüntülər göstərir ki, mumiyalanmış gənc xarici görünüşcə firon I Ahmosa çox bənzəyir. Onun da atası kimi dar çənəsi, nazik burnu, qıvrım saçları və yuxarı çənəsində bir qədər çıxıntılı dişləri var. Onun zorakılıqla öldüyünə dair hər hansı bir dəlil tapmadıq", - deyə Salim vurğulayıb.
Alimlər fironun bədənində çoxlu xəsarətlər aşkar etsələr də, bunun mumiyalanmadan sonra ola biləcəyi müəyyənləşib. Fiziklərin və misirşünasların fikrincə, I Amenhotepin mumiyası qədim məzar quldurları tərəfindən təhqir olunub, bu da, güman ki, XXI sülalənin kahinlərini fironun dəfn kəfəninin ilkin görünüşünü bərpa etmək üçün çox səy göstərməsinə sövq edib.
Kahinlər fironun başını yapışan sarğı ilə boynuna bağlayıblar, əlləri əvvəlki vəziyyətinə qaytarıblar, həmçinin bədənin zədələnmiş hissələrini amulet və sarğı ilə bağlayıblar.
Bu, onu göstərir ki, sonrakı dövrlərin hökmdarları və din xadimləri I Amenhotepin şəxsiyyətinə hörmətlə yanaşıblar (Əvvəllər bəzi tarixçilər onun hakimiyyətinə dair az sayda yazılı sübuta istinad edərək bunun əksini deyirdilər).
Firon I Amenhotepin görünüşü bərpa edilib - FOTOFiron I Amenhotepin görünüşü bərpa edilib - FOTOFiron I Amenhotepin görünüşü bərpa edilib - FOTOFiron I Amenhotepin görünüşü bərpa edilib - FOTOFiron I Amenhotepin görünüşü bərpa edilib - FOTOFiron I Amenhotepin görünüşü bərpa edilib - FOTOFiron I Amenhotepin görünüşü bərpa edilib - FOTOFiron I Amenhotepin görünüşü bərpa edilib - FOTOFiron I Amenhotepin görünüşü bərpa edilib - FOTO

Maraqlı       Tarix: 29 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta beynelxalq bank mezenne xeber.az son xeberler sonxeber az