Firudin Nəbiyev: "Ölkədə müalicə müəssisələri tək Nazirliyin tabeliyində deyil
Firudin Nəbiyev: "Ölkədə müalicə müəssisələri tək Nazirliyin tabeliyində deyil"
"Müharibə dövründə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində 4 qaynar xətt fəaliyyət göstərib. Hazırda onların fəaliyyəti dayandırılıb".
Oxu.Az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev məlumat verib.
F.Nəbiyev bildirib ki, döyüşlər zamanı bu qaynar xətlər aktiv olub, artıq ehtiyac olmadığı üçün xətlər deaktiv edilib:
"Bu gün də Tibb Baş İdarəsinə müraciət edənlər var. Heç bir problem yoxdur, idarənin zabitləri qazilərə kömək etmək üçün əllərindən gələni edirlər. Ordudan tərxis olunmayan hərbi qulluqçularımız istənilən vaxt Müdafiə Nazirliyinin müalicə müəssisələrinə müraciət edə bilərlər.
Onların müraciəti ilə bağlı problem yoxdur. Eləsi var ki, hazırda evdə məzuniyyətdədirlər, eləsi var ki, hərbi xidmətə yararlı olduqları üçün xidməti davam etdirirlər. Onların müalicəsi ilə bağlı Nazirliyin müalicə müəssisələrində çətinlik yoxdur.
Ordudan tərxis olunmuş yaralıların müalicəsi ilə bağlı onu demək istəyirəm ki, ölkədə müalicə müəssisələri tək Nazirliyin tabeliyində deyil. Ölkənin səhiyyə nazirliyinin, TƏBİB-in tabeliyində olan müalicə müəssisələri var. Onlar yaşadıqları ərazi üzrə xəstəxanalara müraciət edə bilərlər.
Bəzən bizə də müraciət edənləri həmin xəstəxanalara yönləndirməklə köməklik edirik. Tərxis olunan yaralıların müalicəsi ilə bağlı istər TƏBİB-in, istərsə də Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxanalarda da heç bir problem yoxdur. Bu gün demək olar ki, respublika üzrə bütün xəstəxanalar tibbi sığorta sisteminə keçir.
Dərman təminatı məsələsinə gəldikdə isə hazırda Nazirlikdə ehtiyata buraxılmayan qazilərin dərman təminatı poliklinika və müalicə müəssisələrimiz tərəfindən təmin edilir. Amma əgər tərxis olunublarsa, onların bütün dərman təminatını müraciət etdikləri müəssisələr öz üzərinə götürür".
Könül Cəfərli

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR