Flora Kərimova: "Biri 5 yaşlı uşağın dilini, digəri pişiyin ayağını kəsir
"İnsan var özünü qurban edir, insan da var özünə qurban axtarır. Hardadı sizin insanlığınız, mərhəmətiniz? Biri 5 yaşlı uşağın dilini kəsir, üzərində siqaret söndürür. Kimsiniz siz? Ölümünüzə qədər lənətlənmişlərsiniz!"
Azxeber.com BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova sosial şəbəkə hesabında yazıb. Sənətçi son zamanlar cəmiyyətdə baş verən ağılasığmaz və xoşagəlməz hadisələrə münasibət bildirib:
"Digəri pişiyin ayağını kəsir… Birinci deyil, ikinci deyil, bu gedişlə deyəsən sonuncu da olmayacaq! Bu günahla balana nece çörək aparıb yedizdirə bilirsən? Bu vəhşiliyi Tanrı bağışlayacaq? Mən deyəndə ki, Allah sadəcə bağışlayan deyil, min yerə yozdular sözümü, cahillər! Yaradan, yaratdıqlarına bunu rəva bilənlərə rəhm edəcəkmi? Qarğış yağdırmamaq üçün özümü güclə saxlayıram..."
Qeyd edək ki, son bir neçə gündür narkoman ananın sevgilisi ilə birlikdə azyşalı övladının dilini kəsməsi, obyekt sahiblərindən birinin ət oğurladığı üçün pişiyin ayağını kəsməsi xəbərləri mətbuatın gündəmini zəbt edib. Baş verən hadisələr ictimaiyyətin böyük qınağ obyektinə çevrilib.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR