"Formula-1": Azərbaycan Qran-prisinin qalibi mükafatlandırıldı

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırılıb.
Fəxri kürsünün ilk pilləsində "Mersedes"in britaniyalı pilotu Corc Rassell yer alıb.
"Red Bull"dan niderlandlı Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar üçüncü sıraya qalxıb.
Onlara mükafatları Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Mohammed Ben Sulayem təqdim ediblər.
***
Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.
KONKRET.az xəbər verir ki, "Mercedes" pilotu Corc Rassell 51 dövrədən ibarət əsas yarışda bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb.
Beləliklə, britaniyalı pilot karyerasında ilk dəfə Bakıda keçirilən Azərbaycan Qran-prisində qalib olub.
"Red Bull" pilotu Maks Ferstappen ikinci, "Red Bull"un digər sürücüsü İsak Həcər isə üçüncü yeri tutub.
***
Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışına start verilib.
KONKRET.az xəbər verir ki, 51 dövrədən ibarət yarış Bakı Şəhər Halqasında keçirilir."Mercedes" pilotu Corc Rassell yarışa pouldan başlayıb. "Ferrari"dən Şarl Lekler ikinci, "Maklaren"dən Oskar Piastri isə üçüncü sıradan start götürüb.
Çempionatın lideri Kimi Antonelli isə dünənki sıralama turunda qəza törətdiyi üçün yarışa 16-cı yerdən başlayıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi "Formula-1" mövsümünün 15-ci mərhələsidir və əsas yarış 51 dövrədən ibarətdir.
Xatırladaq ki, Azərbaycan Qran-prisinədək "Mercedes"in italiyalı pilotu Andrea Kimi Antonelli 292 xalla liderdir. Onun Böyük Britaniyadan olan komanda yoldaşı Corc Rassell (211 xal) ikinci, "Ferrari"dən Lüis Hemilton (191 xal) üçüncüdür.
***
Bakı Şəhər Halqasında 10-cu yubiley Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib. Əsas yarışın startından əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
KONKRET.az xəbər verir ki, himni Azərbaycanın Xalq artisti, dünya şöhrətli tenor Yusif Eyvazov ifa edib.
Emosional ifanın son notlarından sonra diqqətlər yenidən ulduz pilotlara yönəlib. Artıq səhnə və mübarizə onlarındır.
Bir neçə saat sonra yubiley Azərbaycan Qran-prisinin qalibi bəlli olacaq. 51 dövrəlik gərgin mübarizənin sonunda pilotlardan biri podiumun ən yüksək pilləsinə qalxaraq Azərbaycan Qran-prisinin əsas kubokunu başı üzərinə qaldıracaq.
Bu kubok isə adi mükafat deyil. Onun dizaynında alov obrazı əks olunub. Bu element Azərbaycanın "Odlar Yurdu" kimi tanınmasını simvolizə edir.
Kubokun yan hissələrində Azərbaycan xalçaçılıq ənənələrindən ilhamlanan naxışlara da yer verilib. Beləliklə, "Formula-1″in dinamikası Azərbaycanın zəngin milli irsi ilə bir araya gətirilərək kubokun dizaynında öz əksini tapıb.
***
Bakıda keçirilən Formula-1 üzrə Azərbaycan Qran-prisində ikinci əsas yarış başlayıb.
KONKRET.az xəbər verir ki, mübarizəyə saat 11:00-da start verilib.
***
Bakıda keçirilən Formula-1 Azərbaycan Qran-Prisinə bu gün yekun vurulacaq.
KONKRET.az xəbər verir ki, yarışın sonuncu günündə azarkeşləri trekdə iki əsas mübarizə gözləyir.
Günün ilk yürüşü saat 11:00-da başlayacaq. Bu vaxt Formula 2 pilotları ikinci əsas yarışda qüvvələrini sınayacaqlar. Mübarizə saat 12:05-də başa çatacaq.
Günün əsas yarışı isə Formula 2 Azərbaycan Qran-Prisinin əsas yürüşü olacaq. Sessiyaya saat 15:00-da start veriləcək və 17:00-dək davam edəcək.
Formula 1 yürüşündə pilotlar start düzülüşünə sıralama turunun nəticələrinə əsasən çıxacaqlar. Yarışa birinci yerdən "Mercedes"in sürücüsü Corc Rassell başlayacaq. İkinci pillədə "Ferrari"nin pilotu Şarl Lekler, üçüncü sırada isə "McLaren"in təmsilçisi Oskar Piastri qərarlaşıb. Onları müvafiq olaraq İsak Hacar ("Red Bull"), Lando Norris ("McLaren"), Lyuis Hemilton ("Ferrari"), Pyer Qasli ("Alpine"), Maks Ferstappen ("Red Bull"), Karlos Sayns ("Uilliams") və Esteban Okon ("Haas") izləyirlər.

İdman       Tarix: 26 sentyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

PSJ və "Barselona" arasında nəhəng barter

Fransanın PSJ və İspaniyanın "Barselona" klubları arasında futbolçu mübadiləsini nəzərdə tutan böyük transfer sövdələşməsi baş tuta bilər. "RMC Sport" nəşrinə istinadla xəbər verir ki, Paris klubunun prezident

Cavid Hüseynov istefaya göndərildi

"Araz-Naxçıvan" klubu baş məşqçi Cavid Hüseynov və məşqçi Zaur İsmayılovla yolları ayırıb. Klubun mətbuat xidmətindən -a bildirilib ki, məşqçilərin qüvvədə olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib

"Qarabağ"ı tərk edən Koxalskidən ölkəmiz haqqında xoşagəlməz sözlər

"Qarabağ"ın sabiq polşalı qolkiperi Mateuş Koxalski ölkəsinin "Vyeçista Krakov" klubuna keçidindən sonra Azərbaycan futbolunun ünvanına kəskin fikirlər səsləndirib.   -a istinadən xəbər verir ki, təcrübəl

Formula 1: bu gün Azərbaycan Qran-prisinə start veriləcək

Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək.  bildirir ki, ilk gündə iki sərbəst yürüş keçiriləcək. Bundan əlavə, "Formula 2″də də sınaq yürüşü ilə yanaşı, sıralama turları gerçəkləşəcək

Hakan Çalhanoğlunun gələcəyi bəlli olur

"Yuventus" klubu "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlunun transferində maraqlıdır. xəbər verir ki, Turin təmsilçisi 2027-ci ildə müqaviləsinin müddəti başa çatacaq türkiyəli futbolçunun keçid şərtlərin

Millətlər Liqası: bu gün 8 oyun var

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin qarşılaşmalarına start veriləcək. xəbər verir ki, ilk oyun günündə 8 matç keçiriləcək. UEFA Millətlər Liqası. 24 sentyabr. A liqası, II qrup. 22:45 Niderland – Almaniya;

Kamilo Duran ilk dəfə milliyə dəvət aldı

Bu yay "Qarabağ"dan "Seltik"ə keçən Kamilo Duran karyerasında ilk dəfə Kolumbiya millisinə dəvət alıb. -a istinadla xəbər verir ki, bu barədə Şotlandiya klubunun baş məşqçisi Martin O"Nil mətbua

Premyer Liqa: Bu komandalar qarşılaşır 

Misli Premyer Liqasında VI turun daha iki oyunu bu gün keçiriləcək. xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edəcək. Qarşılaşma saat 17:30-da start götürəcək. Bölgə klubu 8 xall

"Formula-1": Azərbaycan Qran-prisində sıralama turu başladı

Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb. xəbər verir ki, yarışda 11 komanda mübarizə aparır. Komandalar iki pilotla təmsil olunur. Sessiya 1 saat müddətində davam edəcək


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri siyaseti xeberler bugun en son xeber son xeberler bu gun