Formula-1 ilə bağlı DYP-dən sürücülərə xəbərdarlıq
"2026 Formula-1 Azərbaycan Qran Prisi" ilə əlaqədar Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edib.
KONKRET.az xəbər verir ki, müraciətdə deyilir:
"Sabah başlayacaq "2026 Formula-1 Azərbaycan Qran Prisi" ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığını nəzərə alaraq, xüsusilə paytaxtın cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən xahiş olunur ki, cənubdan mərkəzə doğru, yəni "Azneft" və "Neftçilər" dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla "20 Yanvar" və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər.
Eyni zamanda, 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur.
Bununla yanaşı, yol hərəkəti iştirakçılarından yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur".

Qızılca ilə bağlı son vəziyyət açıqlandı
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi+Fotolar
Almaniyada ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb
Dənizdə batan tələbələrin - Fotosu
Lənkəranda evdən 75 min manat pul oğurlandı - Saxlanılanlar var
Tramp İlham Əliyevdən sitat gətirdi
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək
Bu işlərdə çalışanların ödündə daş yaranır
Reklamlarda əxlaqsızlığı təbliğ edənlər 500 manat cərimələnəcək - Açıqlama
Sərxanın Rusiyaya girişinə 'stop' qoyulub
Serdar Ortaç vəsiyyətini açıqladı
Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü
Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?