Fransa KİV: Azərbaycan ərazisindəki erməni separatizmi məsələsini 2023-cü ilin sentyabrında bağladı

Fransa KİV: Azərbaycan ərazisindəki erməni separatizmi məsələsini 2023-cü ilin sentyabrında bağladı2023-cü ilin sentyabrında Qarabağ regionunda baş verən hadisələr Azərbaycana öz ərazisində erməni separatizmi məsələsini bağlamağa imkan verib.
KONKRET.az xəbər verir ki, bu barədə Fransanın "Global News Network" (GNN) xəbər portalında dərc olunan məqalədə deyilir.
"Ermənistanın təxribatından sonra 2020-ci ilin sentyabrında başlayan İkinci Qarabağ müharibəsi Cənubi Qafqazda qüvvələr balansını dəyişdirərək, Azərbaycana ərazi bütövlüyünü bərpa etməyə və 30 ilə yaxındır ki, işğal olunmuş torpaqları geri qaytarmağa imkan verib. Ötən ilin sentyabrında Qarabağda baş verən hadisələr münaqişə tarixində dönüş nöqtəsi olub. Azərbaycan öz ərazisində erməni separatizmi məsələsini bağlayaraq Qarabağ üzərində nəzarəti bərpa etməklə bağlı çoxillik prosesi başa çatdırıb. Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində böyük addım atıb və sülh sazişinin imzalanması üçün hər cür səy göstərir", – məqalədə bildirilib.
Nəşr göstərir ki, Azərbaycan konstitusiya quruluşunu bərpa etmək və öz ərazisində qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətini dayandırmaq üçün 2023-cü il sentyabrın 19-20-də Qarabağda lokal antiterror tədbirləri həyata keçirib: "Bu tədbirlər terror elementlərinin ləğv edilməsinə və beynəlxalq hüquqa əsasən Azərbaycana məxsus olan ərazi üzərində nəzarətin təmin edilməsinə yönəlib".
Müəlliflər vurğulayıb ki, Azərbaycan ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesini müstəqil şəkildə başa vurub.
Eyni zamanda, nəşr qeyd edib ki, 1992-ci ildə Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə yaradılmış ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səyləri heç bir nəticə verməyib.(report)

Siyasi       Tarix: 19 sentyabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola


azerbaycan xeberleri son xeberler yeni xeberler enson xeberler xeber siyaseti xeberler bugun bugun xeberler