Fransada istehsal olunan Azərbaycan parfümü artıq İstanbulda satışa başladı - VİDEO
Fransada istehsal edilən Azərbaycanın milli parfümü "Muğam" artıq Türkiyədə satışa çıxarılıb.
İstanbulun ən məşhur ərazilərindən birində - Nişantaşında yerləşən mağazada 7 muğamın adını daşıyan istənilən ətri artıq əldə etmək mümkündür.
Məlumata görə, hər biri 7 muğam növü olan "Rast", "Shur", "Segah", "Chahargah", "Bayati -Shiraz", "Shushtar" və "Humayun" adını daşıyan bənzərsiz ətir kolleksiyası özünəməxsus qoxusu ilə qardaş ölkənin vətəndaşlarını da məmnun etməkdədir.
Nadir, yüksək keyfiyyətli xammaldan hazırlanan və məhdud sayda satışa çıxarılan "Muğam" ətirlərinin ilk kolleksiyasının hazırlanması 5 il davam edib. Dizayn və qablaşma İngiltərədə, ətir isə Fransada istehsal edilib.
Ətir sevgisi ilə yanaşı Vətən sevgisini də özündə əks etdirən bu brend həm də Azərbaycan tarixidir. Hazırda növbəti yeniliyə hazırlaşan "Muğam" parfüm "Karabakh Bouquet" layihəsi çərçivəsində Şuşa şəhərinin şərəfinə "1752" (şəhərin qurulduğu il – red.) adlı ətri təqdim etməyə hazırlaşır.
2022 -ci ildə Milanda premyerası olacaq bu layihə üzərində də işlər davam edir.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar