Fransanın ARTE telekanalı "Dağlıq Qarabağ: kövrək sülh" adlı veriliş yayımlayıb - VİDEO

Fransanın ARTE telekanalı "Dağlıq Qarabağ: kövrək sülh" adlı veriliş yayımlayıb - VİDEOFransanın ARTE telekanalı "Dağlıq Qarabağ: kövrək sülh" adlı veriliş yayımlayıb - VİDEO
Azad edilmiş ərazilərdə yaşamaq hələ mümkün deyil. Erməni silahlı qüvvələri Dağlıq Qarabağın ətrafındakı əraziləri 30 il tampon zona kimi işğal altında saxlayıblar. Bu ərazilər gözə görünməz təhlükələrlə doludur. Hər tərəf minalanıb. Ötən il bəyanat imzalanandan sonra onlarla mina partlayıb, onlarla insan, xüsusilə də mülki sakinlər minaların qurbanları olub və ya yaralanıblar.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransanın ARTE telekanalında yayımlanan "Dağlıq Qarabağ: kövrək sülh" adlı verilişdə səsləndirilib.
Bildirilib ki, mövcud təhlükəyə baxmayaraq, insanlar çox cəsarətlidirlər. Mina təhlükəsi 30 ildir ayrı düşdükləri doğma yurdlarına qovuşmaq arzusu ilə yaşayan insanlara mane ola bilmir. İnsanlar doğma evlərini görmək üçün kəndlərinə yollanırlar, ancaq hökumət təhlükənin qarşısını almaq məqsədi ilə onlara azad olunmuş ərazilərə getməyə icazə vermir. Yalnız Xalid kimi bəzi insanların doğma evini görmək şansı olur. O, evinə getmək icazəsi alıb.
Xalid deyir ki, işğaldan əvvəl kəndlərinin böyük iqtisadi imkanları var idi, insanlar yaxşı yaşayırdılar. Amma ermənilər 30 illik işğal vaxtında bu ərazilərdəki evlərin hamısını dağıdıblar. Bütün iqtisadiyyat məhv edilib. Yalnız erməni əsgərlərinin yaşaması üçün istifadə edilən binalar saxlanılıb. Mülki əhali haqqında heç düşünülməyib.
Reportajda göstərilir ki, nəhayət, Xalid atası ilə birlikdə Suqovuşanda tikdiyi gölün sahilindəki evinə çatır. Ancaq o, bu evdə yaşaya bilməz, çünki ev dağıdılıb, ətraf minalanıb və hər addımda ölüm təhlükəsi var.
Xalid uşaqlarından söz açaraq, onların ata yurduna qayıtmaq istədiklərini bildirir:
"Evimiz dağıdılıb, burada çox işlər görmək lazımdır. Buna baxmayaraq, biz yenə öz evimizə qayıtmaq istəyirik. Birlikdə yenidən evimizi bərpa edəcəyik. Uşaqlarım ata yurdunu görməyi səbirsizliklə gözləyirlər".
Amma minaya görə hələ bu mümkün deyil.
"30 ildir ki, Azərbaycan hökuməti bütün səylərini ordu quruculuğuna səfərbər edib. Bu illər ərzində yeganə arzu torpaqların azad edilməsi olub. İndi torpaqlarımız işğaldan azad edilib. Azərbaycan hökuməti bu əraziləri yenidən tikib quracaq", - deyə Xalid əminliklə söyləyir.
Jurnalist neft sənayesi sayəsində Azərbaycanın zəngin ölkə, Bakının isə ölkənin iqtisadi rəmzi olduğunu bildirir. Azərbaycanın bu imkanları azad edilmiş torpaqlarla bağlı böyük ambisiyalardan xəbər verir. Qələbədən sonra Qarabağda yenidənqurma işlərinə başlanılıb.
Verilişdə Füzuli şəhərinin səmadan çəkilişi göstərilir: şəhər tamamilə dağıdılıb, yalnız uçuq evlər görünür. Jurnalist qeyd edir ki, kabus şəhərinə çevrilmiş Füzulidə Prezident İlham Əliyevin göstərişi ilə böyük tikinti işləri başlayıb. Buldozerlər tikilməkdə olan beynəlxalq aeroportun yollarını düzəldir. Bu, dağıdılmış regiona yenidən iqtisadi tərəqqi gətirəcək.
Qeyd olunur ki, müharibənin ilk günlərindən Füzuli ətrafında ən intensiv döyüşlər gedib. Erməni əsgərləri dronların və artilleriyanın hədəfinə çevrilib.
Ekranda dağıdılmış Füzuli şəhəri göstərilərək bildirilir ki, 1994-cü ildən əvvəl 17 min əhalisi olan şəhər bu gün daş kabusu və mina sahəsinə çevrilib. Mustafayev gələcəkdə şəhəri elektrik enerjisi ilə təmin edəcək elektrik stansiyasının tikintisinə rəhbərlik edir və hər gün işçilərlə təhlükəsizlik qaydalarını xatırladır:
"Bilirsiniz ki, ətraf minalanıb. Ona görə ehtiyatla hərəkət etməli, müəyyən edilmiş yoldan kənara çıxmamalısınız, diqqətli olmalısınız. Biz buraya, 30 ildir gözlədiyimiz torpaqlara xidmət etməyə gəlmişik".
Mustafayev jurnalistlə təəssüratlarını bölüşərək deyir ki, buraya gələndə bütün tikililərin dağıdıldığını görüb. Burada işləmək onlar üçün bir şansdır və regionun əvvəlki vəziyyətini bərpa etməyə hazırdırlar.
"Səylərimizi üçqat artıracağıq ki, məqsədlərimizi tezliklə reallaşdıraq. Buraya gəlmək hər bir Azərbaycanlının arzusudur",-deyə Mustafayev bildirir.
Azad edilmiş ərazilərdəki onlarla dini məkan Azərbaycanın nəzarətinə keçib. Bu abidələrin böyük əksəriyyəti Azərbaycanda yaşayan, milli azlıqdan olan xristianlara aiddir.
Azərbaycan hərbçilərinin müşayiəti ilə dindarlardan və jurnalistlərdən ibarət qrup "Tityanavanq" monastırına gedir. 13 dindarı 50 jurnalist müşayiət edir. Dindarlar jurnalistlərin çəkilişi altında dini ayinlərini icra edirlər.
Barışıq mümkündürmü? Yenidən Xalid danışır: "bizim üçün fərqi yoxdur, ermənilər orada yaşayacaq ya yox. Əsas odur ki, bu torpaqlar Azərbaycanındır və ermənilər burada yaşamaq istəyirlərsə, Azərbaycan dövlətini qəbul etməlidirlər.
Bu müharibəni erməni terrorçuları və ideoloqları başladılar. Ermənistan Azərbaycana və azərbaycanlılara qarşı nifrət siyasətini dayandırmalıdır.
Telejurnalist həmsöhbət olduğu Xalidin övladlarını danışdırır və bildirir ki, uşaqlar atalarına nisbətən daha emosiyasız danışırlar və hökumətin siyasətinə anlayışla yanaşırlar.

Fransanın ARTE telekanalı "Dağlıq Qarabağ: kövrək sülh" adlı veriliş yayımlayıb - VİDEOFransanın ARTE telekanalı "Dağlıq Qarabağ: kövrək sülh" adlı veriliş yayımlayıb - VİDEOFransanın ARTE telekanalı "Dağlıq Qarabağ: kövrək sülh" adlı veriliş yayımlayıb - VİDEO

Siyasi       Tarix: 14 aprel 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər.com cəbhədən ən son xəbər xeberler bu gun havanın temperaturu