Fransanın Əsədlə bağlı qərarının PƏRDƏARXASI: Makron nəyə nail olmaq istəyir?
Fransa keçmiş Suriya prezidenti Bəşər Əsəd və altı yüksək vəzifəli sabiq məmurun həbsinə order verib. Bəs, Fransanın verdiyi həbs orderi Suriyanın gələcəyini dəyişə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Həşim Səhrablı bildirib ki, bu qərar Suriyanın gələcəyinə ciddi təsir göstərməyəcək.
Onun sözlərinə görə, Fransanın dünya siyasətindəki rolu ötən illərlə müqayisədə xeyli zəifləyib:
"Əgər 20-30 il əvvəl Fransanın müəyyən təsir imkanları var idisə, indi bu gücünü böyük ölçüdə itirib. Parisin qəbul etdiyi beynəlxalq qərarlar kağız üzərində qalmaqdan o tərəfə keçmir. Biz bunu həm Afrikada, həm də Qarabağ münaqişəsində gördük. Fransanın pozucu addımları heç bir nəticə vermədi."
Səhrablı əlavə edib ki, Bəşər Əsədlə bağlı həbs orderi formal xarakter daşıyır:
"Hansı fransız polisi, yaxud Interpol Rusiyadan Bəşər Əsədi tutub apara bilər? Bu, real deyil. Çünki artıq dünya əvvəlki kimi təkqütblü sistem üzərində qurulmur".
Politoloq hesab edir ki, Suriyanın gələcəyini məhz ölkə daxilində güc sahibi olan qüvvələr müəyyənləşdirəcək:
"Yeni iqtidarı kim formalaşdırırsa, gələcəyi də onlar inşa edəcəklər. Fransa və digər ölkələrin qərarlarının bu məsələdə əhəmiyyəti yoxdur. Suriyanın gələcəyi artıq dəyişib."
Aynurə İsmayıl
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib