"Fransız səfirin belə bir açıqlama verməsi təəccüblü deyil' - Cavanşir Abbaslı

"Fransız səfirin belə bir açıqlama verməsində təəccüblü heç nə görünməməlidir. Özlərinə xas olan açıqlamadır. Fransa ona yaxın olan media dayaqlarının ard-arda Azərbaycanda itirildiyinin fərqindədir. Bu media dayaqları bütövlükdə Amerika başda olmaqla Qərb dünyasının dayaqları idi".
Bu fikirləri azxeber.com-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Fransanın Azərbaycandakı səfiri Ann Buayonın BBC Azərbaycanın Bakıdakı ofisinin fəaliyyətinin dayandırılmasına münasibət bildirməsini şərh edərkən deyib.
Politoloq bildirib ki, BBC kimi mətbuat orqanlarlnın haradan maliyyələşməsini hamı çox yaxşı dərk edir:
"Həmin mətbuat orqanlarının haradan maliyyələşməsi barədə hər kəs yaxşı bilir. Hər bir dövlətin öz daxili işidir, hansı media orqanlarının fəaliyyətinə icazə verib-verməməsi. Yaxşı olardı ki, xanım səfirin timsalında ölkəsi başqa bir müstəqil ölkənin daxili işlərinə qarışmasın. BBC təkcə Azərbaycanda deyil, bir sıra ölkələrdə onların dili ilə fəaliyyət göstərir, indi hər bir ölkənin mədəniyyətinə hörmət əlaməti olaraq onun dilində fəaliyyət göstərir? Həmin ölkənin dövlət dili ilə fəaliyyət göstərməyib bəs hansı dildə fəaliyyət göstərəcək? 
C. Abbaslı qeyd edib ki, BBC kimi mətbuat orqanları Azərbaycan əleyhinə və bilavasitə LGBT-ni təbliğ edən informasiyalarla çıxış edib:
"Azərbaycan mədəniyyəti dedikdə LGTB-nin təbliğatı nəzərdə tutulmur. Hansı ki, bu və ya digər xaricdən maliyyələşən media orqanlarında bu cür təbliğat gedir, Azərbaycan mədəniyyətinə əks olan məlumatlar tirajlanırdı. Bu baxımdan xanım səfirin kədərlənməsini haradasa başa düşmək olar. Amma "keçəl suya getməz". Azərbaycan dövləti son illərdə Fransaya layiqli yerini göstərib. Bir də Ermənistanin "böyük bacısı"nın səfirindən başqa hansı açıqlamanı gözləmək olardı? Anna Buayon ölkəsinin tapşırıqlarının icraçısıdır və təbii ki, bu cəsarəti də təmsil etdiyi dövlətdən alır. 
Narahat olmağa dəyməz. Fransa hələ də Vətən müharibəsi ilə Azərbaycanın öz torpaqlarını "kiçik bacıları"ndan alması ilə barışa bilmir. Son 5 ildə olan təzyiqlər də bundan qaynaqlanır. Xanım səfir açıq şəkildə deyir ki, Fransa BBC-yə borclu olduğunu bilir. Bu açıq etirafdır. Hesab edirəm ki, Azərbaycan hökuməti xarici media subyektləri ilə bağlı atdığı addımlar doğrudur. Biz Vətən müharibəsi vaxtı çox şeylərin şahidi olduq. Təbii ki, hər bir ölkədə azad medianın və jurnalistlərin fəaliyyət göstərməsi çox vacibdir. Amma xaricdən maliyyələşməyə heç bir halda yol vermək olmaz. Bu bir ölkə üçün çox təhlükəlidir".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 26 fevral 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir


yeni xeberler azerbaycan xeberleri son xeberler zelzele azerbaycanda son xeberler cəbhədən canlı xeber