Fuad Muradov komitənin adının dəyişdirilməsi məsələsinə münasibət bildirdi - ÖZƏL
Fuad Muradov komitənin adının dəyişdirilməsi məsələsinə münasibət bildirdi - ÖZƏL
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Komitənin adının dəyişdirilməsi məsələsinə münasibət bildirib.
F.Muradov Oxu.Az-a açıqlamasında bildirib ki, qurumun adının dəyişdirilməsi müzakirə oluna bilər:
"Hazırkı mərhələdə bizim gündəlik fəaliyyətimiz elədir ki, daha qlobal layihələrlə məşğuluq. Rafael müəllim görkəmli alimizdir. Təbii ki, biz bütün fikirlərə açığıq. Açığı, sizə deyim ki, "Diaspor", yaxud "Diaspora" olması məsələsini çox müzakirə etmişik.
"Diaspor", ya "Diaspora" yazılması alimlərin işidir. Nə qərar qəbul edilsə, biz onu nəzərə ala bilərik. Dövlət qurumunun adının dəyişməsi barədə qərar olmalıdır. Fikrimcə, ən vacib məsələ deyil. Müzakirə oluna bilər".
"İndiki halda daha çox xaricdə yaşayan azərbaycanlıların gündəliyi ilə məşğul oluruq. Komitənin adı və yaxud əsasnaməsi ilə bağlı məsələ gələcəyin mövzusudur. Bu məsələyə qayıda bilərik", - deyə Komitə sədri qeyd edib.
Qeyd edək ki, deputat Rafael Hüseynov açıqlamasında bildirmişdi ki, "Diaspor" yox, "Diaspora" yazılmalıdır.
İlhamə Əbülfət /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı