Fuad Nağıyev BMT-nin tədbirində iştirak etdi - FOTO
Fuad Nağıyev BMT-nin tədbirində iştirak etdi - FOTO
Azərbaycan BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 113-cü sessiyasında təmsil olunub.
Dövlət Turizm Agentliyindən Oxu.Az-a verilən məlumata əsasən, sessiya 18-19 yanvarda İspaniya Krallığının Madrid şəhərində turizm nazirləri, dövlət və özəl sektorun rəhbərlərinin iştirakı ilə keçirilib.
35-dən çox ölkədən 150-ə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Sessiya çərçivəsində pandemiya ilə əlaqədar yaradılmış Qlobal Turizm Böhranı Komitəsinin görüşünün keçirilməsi, postpandemiya dövründə turizmin bərpası, ölkələrarası təhlükəsiz və maneəsiz səyahət üçün ümumi addımların atılması kimi məsələlər müzakirə edilib.
Sessiya zamanı İspaniya Kralı VI Filip iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib. Həmçinin tədbir iştirakçılarının İspaniyanın Baş naziri Pedro Sançeslə də görüşü keçirilib.
Sessiya çərçivəsində 2022-2025-ci illər üçün BMÜTT-ün baş katibi vəzifəsinə yenidən təşkilatın hazırkı baş katibi Zurab Pololikaşvili seçilib.




Kurslar.az kurslar [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var