Fuad Nağıyev Turizm İnformasiya Sisteminin xüsusiyyətlərini açıqladı
Fuad Nağıyev Turizm İnformasiya Sisteminin xüsusiyyətlərini açıqladı
"Turizm İnformasiya Sistemi dövlət informasiya sistemi olmaqla "dövlət-biznes" və "biznes-biznes" rəqəmsal tərəfdaşlıq platforması kimi çıxış edir".
Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev ölkə üzrə vahid turizm platforması rolunu oynayacaq Turizm İnformasiya Sisteminin təqdimatında çıxışı zamanı deyib.
Fuad Nağıyev bildirib ki, sistemin əsas məqsədi turizm sektorunun rəqabətqabiliyyətliliyinin artırılması, turizm sənayesi və ehtiyatları barədə dəqiq və etibarlı məlumatların toplanması və ötürülməsi, ölkə ərazisində təqdim edilən turizm xidmətlərinin keyfiyyətinin təşviqi, biznes subyektlərinin brendinq prosesinin və korporativ inkişafının dəstəklənməsidir:
"Sistem daxilində Turizm Reyestri və xüsusi keyfiyyət proqramı aparılır, məlumat anbarı yaradılır və elektron xidmətlərin göstərilməsi nəzərdə tutulur.
Turizm Reyestri turizm ehtiyatları, turizm məhsulları və turizm sənayesi subyektləri haqqında məlumatların vahid mənbədə toplanılmasına, emalına, axtarışına, təhlili və ötürülməsinə, həmin məlumatların monitorinqinə, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək".
Qeyd edək ki, təqdimatda turizm agentlikləri və hotellərin təmsilçiləri, eləcə də turizm bələdçiləri daxil olmaqla 100-dən çox sənaye nümayəndəsi iştirak edib.
Könül Cəfərli
Xidmetler [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu