Füzuli döyüşçüləri: 'Ön xətti yaran kimi düşmən gücümüzün qarşısında tab gətirməyərək qaçırdı

Füzuli döyüşçüləri: 'Ön xətti yaran kimi düşmən gücümüzün qarşısında tab gətirməyərək qaçırdıİkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüşlərdən biri də Füzuli əməliyyatı olub. Şəhərin azadlığı uğrunda gedən döyüş əməliyyatı müharibənin növbəti mərhələləri üçün həlledici rol oynayıb. Ona görə də Füzuli əməliyyatı Vətən müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri hesab edilir.
Ötən ilin məhz bu günü - oktyabrın 17-də rəşadətli Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Füzuli şəhərini işğaldan azad edib.
Döyüşlər zamanı Ermənistanın xeyli sayda canlı qüvvə və texnikası məhv edilib. Düşmənin sağ qalan heyəti isə silah-sursatını ataraq döyüş meydanından qaçmağa məcbur olub.
Bu gün isə Azərbaycan xalqı doğma şəhərinin azad olunmasının birinci ildönümünü qeyd edir. Bu əlamətdar gündə Füzuli əməliyyatında iştirak etmiş bir qrup hərbçi şəhərə səfər edib. Onlar düşmənlə üz-üzə gəldikləri, ağır döyüşlərin getdiyi ərazilərə baş çəkib və xatirələrini bölüşüblər.
Döyüşçülər "Report"a açıqlamasında bildiriblər ki, şəhərin uğrunda gedən döyüşlər Azərbaycan Ordusunun həyata keçirdiyi möhtəşəm əməliyyatlardan biri olub.
Xüsusi Təyinatlı Qüvvələrin zabitinin sözlərinə görə, Füzuli əməliyyatı ona görə önəmli əməliyyatlardan biri sayılır ki, burada düşmənin əsas istehkamlarından biri yerləşib və ordumuz məhz həmin səddi yararaq irəliləyib: "Burada əsas məqsədlərdən biri ön xəttin yarılması idi. Bundan əlavə, bu istiqamətdə əsas strateji yüksəkliklər mövcuddur və o yüksəkliklər düşmən nəzarətində idi. Ona görə bu istiqamətdə ağır döyüşlər getdi. Amma qarşıya qoyulan məqsədə çata bildik, ermənilərin mühafizə səddlərini yarıb keçdik və düşmən geri çəkilmək məcburiyyətində qaldı".
"Bizə ruh yüksəkliyi verən uzun illər birgə xidmət etdiyimiz döyüş yoldaşlarımızın qəhrəmanlıqları, şəhadətə yüksələnlərin qisasının alınması arzusu və və xalqımızın birliyi idi. Xalqımızın cənab Ali Baş Komandanın dəmir yumruğu ətrafında sıx birləşməsi bizi daha da irəli getməyə sövq edirdi", - XTQ zabiti əlavə edib.
Azərbaycan Ordusunun baş leytenantı Samir Əmirov isə bildirib ki, cəngavər döyüşçülərimiz düşmənin 30 il boyunca yaratdığı möhkəmləndirilmiş sədd qısa bir müddət ərzində yardı: "Döyüşlər vaxtı itkilərimizin olması bizə çox pis təsir edirdi, amma onların qisasını almaq arzusu bizə daha da güc verirdi. Çünki biz qisas hissi ilə yalnız bir amal uğrunda irəli gedirdik və düşmənə zərbələr endirirdik. Rəşadətli ordumuz ön xətti yaran kimi düşmən gücümüzün qarşısında tab gətirməyərək qaçırdı".
Qırx dörd günlük müharibə dövründə daima irəliləyən Azərbaycan əsgəri Füzulini azad etdikdən sonra şəhərin mərkəzində Azərbaycan Bayrağı qaldırıb. Dövlət bayrağımızın azad olunmuş şəhərdə dalğalanması həm Azərbaycan xalqında, həm də orduda böyük ruh yüksəkliyi yaradıb. Döyüşlərin başladığı ilk günlərdə Füzulinin bir neçə kəndinin işğaldan azad edildiyini xatırladan hərbi ekspert Azər Bayramov deyib ki, ilk gündə qazanılan qələbə döyüş ruhunun və döyüş əzminin artırılmasına xidmət edir. O bildirib ki, istənilən müharibədə ilk uğurlar döyüşlərin növbəti mərhələlərində müstəsna rol oynayır.
Hərbi ekspert həmçinin Füzuli şəhəri uğrunda gedən döyüş əməliyyatlarının əhəmiyyətindən söz açıb. Onun sözlərinə görə, Füzuli əməliyyatı nəticəsində ermənilərin xeyli sayda canlı qüvvəsi və texnikası darmadağın edilib: "Düşmənin əsas qüvvə və texnikaları sırf bu istiqamətdə cəmləşmişdi. Azərbaycan Ordusu Cəbrayıl-Füzuli istiqamətində düşmənin "Ohanyan" səddi kimi tanınan mühəndis istehkamlarını yarıb keçdi. Həmçinin bu istiqamətdə həyata keçirdiyi tədbirlərlə nəzarəti ələ keçirdi və Füzuli şəhərində yerləşən düşmənin əsas qüvvələri ordumuzun bir neçə istiqamətdən əks-hücumu nəticəsində darmdağın oldu. Füzulidə olan düşmən qüvvələrinin məhv edilməsi Azərbaycan Ordusu tərəfindən növbəti hücum əməliyyatının aparılmasında böyük rol oynayıb".
Düşmən işğalı altında olarkən məhv edilən şəhərin həyatında bu gün yeni tarix yazılır. Ermənilərin taladığı, daşı daş üstünə qoymadığı şəhərdə bərpa-quruculuq işləri aparılır və bütün infrastruktur bərpa edilir.

Sosial       Tarix: 17 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN


azerbaycan xeberleri son xeberler yeni xeberler qarabag krimnal xeber cəbhədən yeni xəbərlər xəbər az