Füzuliyə qanunsuz səfər edən Manaf Ağayev saxlanıldı
Müğənni Manaf Ağayev saxlanılıb.
Lent.az-ın əldə etdiyi xəbərə görə, o, işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaqda təqsirli bilinir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Lent.az-ın sorğusuna cavabında faktı təsdiqləyib.
O qeyd edib ki, sosial şəbəkələrdə Manaf Ağayevin icazəsiz olaraq işğaldan azad edilmiş ərazilərə keçməsi ilə bağlı video görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Araşdırmalar nəticəsində fakt təsdiqini tapıb. Müəyyən edilib ki, M.Ağayev işğaldan azad edilən ərazilərə icazəsiz daxil olub. Bununla əlaqədar o saxlanılıb. Hadisəyə hüquqi qiymət veriləcək.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var