GDP sertifikatı almış "Silk Way West Airlines" qlobal əczaçılıq logistikası bazarına daxil olub

GDP sertifikatı almış GDP sertifikatı almış "Silk Way West Airlines" qlobal əczaçılıq logistikası bazarına daxil olub
Bakı mərkəzli "Silk Way West Airlines" hava yolu şirkəti əczaçılıq məhsullarının standartlara uyğun şəkildə daşınmasını nəzərdə tutan GDP (Good Distribution Practice) sertifikatına layiq görülüb. Zaman və hərarət baxımından həssas yüklərin etibarlı şəkildə daşınması imkanlarının genişləndirilməsi məqsədilə, hava yolu şirkəti əczaçılıq sənayesində böyük təcrübəyə malik etibarlı xarici tərəfdaş olan "Global Cold Chain Consultants" tərəfindən aparılmış əhatəli GDP auditini uğurla tamamlayıb.
Bu addım aviaşirkətin əczaçılıq sektoruna olan təkliflərinin daha da gücləndirilməsi və genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. GDP sertifikatı almış "Silk Way West Airlines" artıq tibbi təyinatlı yüklərin nəqli və əczaçılıq logistikası xidmətlərini genişləndirmək niyyətindədir.
"Silk Way West Airlines" şirkətinin daxili prosedurları GDP prinsiplərinə uyğun şəkildə təkmilləşdirilib və şirkətin bütün işçi heyəti müvafiq qaydada təlimatlandırılıb. Bundan əlavə, aviaşirkət bu proseslərin bütövlüyünü təmin etmək məqsədilə, aviaparkın və Bakıda yerləşmiş əsas mərkəzindəki hərarətə nəzarət edilən geniş anbarlarının termal xəritəsini hazırlayıb. Beləliklə, şirkət əməkdaşları, avadanlıqlar və bütün resurslar tam hazırlığı təmin edəcək şəkildə uyğunlaşdırılıb.
"GDP sertifikatı ilə "Silk Way West Airlines" tibbi təyinatlı yüklərin qlobal daşınmasında aparıcı rol oynamağa hazırdır", - deyə şirkətin baş icraçı direktoru və prezidenti Volfqanq Mayer bu nailiyyətin əczaçılıq logistikası bazarına daxil olmaq nöqteyi-nəzərdən əhəmiyyətini vurğulayıb.
"Silk Way West Airlines" şirkətinin beynəlxalq yük logistikası üzrə vitse-prezidenti Aydın Hüseynov öz növbəsində qeyd edib ki, GDP sertifikatı hava yolu şirkətinin bütün növ əczaçılıq məhsullarının daşınması imkanlarını təkmilləşdirməsi və müvafiq saxlama xidmətlərinin tətbiqi baxımından mühüm addımdır: "Logistikada ən yüksək standartların təmin edilməsinə yönəlmiş bu səylərin şirkətin zaman və hərarət baxımından həssas məhsulların idarə edilməsində yeni bir səviyyəyə çatmasına imkan yaradacağına inanırıq".
"Global Cold Chain Consultants" (GDP) Avropa İttifaqı tərəfindən qəbul edilmiş və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunmuş prinsiplərə əsaslanan bir standartdır. Bu tələblərə uyğun olaraq, tibbi ləvazimatlar və dərmanlar müvafiq lisenziyası olan bir təchizatçı zəncirindən alınmalı və uyğun şəraitdə saxlanaraq daşınmalı və idarə edilməlidir.
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş "Silk Way West Airlines" Xəzər dənizi bölgəsinin ən böyük hava yolu yükdaşıma şirkətidir. Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli "Silk Way West Airlines" 12 müasir "Boeing 747-8F" və "747-400F" yük təyyarəsindən ibarət donanması ilə Avropa, Asiya və Amerika qitəsinə ayda 350-dən çox uçuş həyata keçirir. Donanmasını genişləndirən "Silk Way West Airlines" 28 aprel 2021-ci il tarixində "Boeing" aviakonserni ilə beş ən müasir 777F yük təyyarəsinin alışı barədə strateji razılaşma imzalayıb. Aviadaşıyıcının illik yükdaşıma dövriyyəsi 420 min tondan artıqdır. Genişlənməkdə olan şəbəkəsi ilə aviaşirkət Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya da daxil olmaqla 40-dan artıq istiqaməti əhatə edir.
"Silk Way West Airlines" şirkəti Cənubi Koreyanın İnçxon hava limanı tərəfindən nüfuzlu "2020-ci ilin yükdaşıma aviaşirkəti" adına layiq görülüb. /oxu.az

Turizm       Tarix: 25 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq. "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin nəzdində fəaliyyət göstərən Milli Aviasiya Akademiyası (MAA) Türkiyəni

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO. Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir"

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI. "Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib". "Report" xəbər verir ki, bunu Bakıda səfərd

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib. Nazirlər Kabineti "Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası"nda dəyişiklik edib.  xəbər verir ki, Qaydaya əsasən, aviasiya təhlükəsizliy


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntüleri ən son xeberler son xeberler azerbaycan azerbaycanda son xeberler