Gəmidə həkim işləyən Tural müəmmalı şəkildə yoxa çıxıb: "Oğlumu qanunsuz saxlayıblar"
Bakıdakı klinikalardan birində çalışan və Xəzər dənizində özəl şirkətlərdən birinə məxsus gəmidə həkim kimi fəaliyyət göstərən 33 yaşlı Tural Sultanovun itkin düşməsi ilə bağlı bir müddət əvvəl xəbər yayılmışdı.
Aradan təxminən 5 ay keçməsinə baxmayaraq, onun taleyi barədə hələ də heç bir məlumat yoxdur. Ailəsi isə ciddi narahatlıq keçirir.
Tural Sultanovun atası Hüseynağa Sultanov baş verənlərlə bağlı bunları deyib:
"Beşinci aydır ki, bu uşaqdan xəbər yoxdur. Kadrlar şöbəsindən məlumat verdilər ki, belə bir hadisə baş verib. Adını qoydular ki, Tural intihar edib. 67 gün müddətində oğlum gəmidə qalıb. Heç bir qanuni əsası olmayan şəkildə bir insanın gəmidə, dənizdə bu qədər müddətdə saxlanılması mümkün deyil. Bu, insan psixologiyasına ciddi təsir edir.
Mən belə bir nəticəyə gəlmişəm ki, burada axtarışın özü də səthi aparılıb. Deyirlər ki, bir gün əvvəl onun hərəkətlərində qeyri-adilik müşahidə olunub, amma bizə bu barədə məlumat verilməyib. Nə ölüsü var, nə dirisi. Meyitin tapılması da onlara sərf etmir. Çünki bu cinayətdir. Həmin səhlənkarlıq insan ölümünə gətirib çıxarıb".
Tural Sultanovun anası Aygün Sultanova isə ümidini itirmədiyini bildirib: "Mən Allahdan heç vaxt ümidimi üzmədim. İnşallah, inanıram ki, o möcüzələrdən birini də bizə yaşadar. Nə olur-olsun, ya dirisi, ya ölüsü – balam aşkara çıxsın. Mən demişəm ki, övladım ortaya çıxsın, qurban kəsəcəyəm. 67 gün qanunsuz şəkildə onu saxlayıblar. Klinika deyir ki, əvəzedici həkim yox idi, ona görə o qədər qalıb. Sizin əvəzedici həkiminiz yox idi deyə mənim övladım yox olmalı idi?! Səbəbkarlar ortadadırlar, rahat gəzirlər".
Məsələ ilə bağlı "Leyla Medical Center"dən bildirilib ki, hazırda istintaq araşdırması aparılır və istintaqın gedişinə mane olmamaq üçün hər hansı açıqlama vermək mümkün deyil. / konkret.az

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib