Gənc yaşlarda başlayan və müalicə edilməzsə, ağır əlilliyə səbəb ola bilən sinir xəstəliyi

Gənc yaşlarda başlayan və müalicə edilməzsə, ağır əlilliyə səbəb ola bilən sinir xəstəliyiDağınıq skleroz xəstəliyi bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da səhiyyənin aktual problemlərindən biridir. Tədqiqatlardan və praktikadan belə məlum olur ki, xəstəlik əvvəlki illərə nisbətən xeyli cavanlaşıb. Dağınıq skleroz xəstəliyi özünü bir çox müxtəlif simptomlarla büruzə verir. Belə ki, bəzi xəstələrdə gözlərinin qarşısında sanki torun olması, bəzilərində əllərinə əşya götürərkən onu yerə düşürməsi, başgicəllənmə, başağrıları, yerişin pozulması, koordinasion pozuntu, görmənin, eşitmənin zəifləməsi kimi əlamətlər müşahidə olunur. Ağırlaşmış formasında xəstədə ciddi hərəkət pozulması qeydə alına, hətta xəstə gəzə bilməyəcək hala düşə bilər.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının nevropatoloqu Yeganə Rəşidova məlumat verib.
Nevropatoloqun sözlərinə görə, dağınıq skleroza əsasən gənc yaşlarda rast gəlinir. Xəstələr qeyd edirlər ki, onlarda heç bir əlamət olmadığı halda əsəbiləşəndə, yağışa düşəndə, soyuq havanın təsirinə məruz qalanda ciddi bir yeriş problemi müşahidə olunur. Bu əlamətlər xəstəliyin üzə çıxmasına səbəb olan amil rolunu oynayır. Lakin xəstəliyin əmələgəlmə səbəbləri bunlar deyil. Uzunmüddətli tədqiqatlar belə bu xəstəliyin yaranma səbəbini aşkarlaya bilməyib.
"Xəstəlik əksərən gənc yaşlarda başlayan, proqressiv artan və nəhayət müalicə edilməzsə, ağır əlilliyə səbəb ola bilən sinir xəstəliyidir. Qeyd edim ki, bəzən dağınıq sklerozu terminoloji oxşarlığına görə yaşlı insanlarda rast gəlinən ateroskleroz xəstəliyi ilə qarışdırırlar. Bilmək lazımdır ki, bunlar tam müxtəlif xəstəliklərdir. Dağınıq sklerozun ən xoşagəlməz xüsusiyyətlərindən biri insanların cavan yaşlarında ciddi əlilliyə səbəb olmasıdır.
Xəstəliyin ilk simptomları o dərəcədə müxtəlif ola bilir ki, bəzən ilkin diaqnozun qoyulması həkimlər üçün də çətin olur. Hətta səhv diaqnoz da qoyulur. Onun elə proqressiv formaları var ki, xəstənin çox qısa bir müddət ərzində əlil arabasının köməyi olmadan hərətəkət edə bilməməsinə və ondan da ağır nəticələrə gətirib çıxara bilir.
Dağınıq skleroz irsi xəstəliklərə aid edilmir. Buna görə yaxınlarından birinin dağınıq sklerozla xəstələnməsi heç kimdə öz səhhəti haqda narahatlıq yaratmamalıdır. Hələ ki, dağınıq sklerozun yaranmasının etioloji amili aşkarlanmayıb", - deyə Y.Rəşidova diqqətə çatdırıb.
Mütəxəssis bildirib ki, xəstəliyi aşkarlayan zaman baş-beyin və ya tam onurğanın maqnit rezonans tomoqrafiya müayinəsi aparılmalıdır. Nəticədə xəstəliyə 90-98 faiz hallarda diaqnoz qoyula bilir. Diaqnoz qoyulduqdan sonra xəstədə ciddi müalicə aparılmalıdır. Hətta stasionar şəraitdə müalicə təyin olunmalıdır. Əgər müalicə aparılmazsa və ya xəstə diaqnoza inanmayıb müalicədən imtina edərsə, ciddi ağırlaşmalara, hətta xəstəlik hansı əlamətlə üzə çıxıbsa, onun daha da irəli getməsinə, əlilliyə və ağır fəsadlara gətirib çıxara bilir. Ona görə də davamlı olaraq başgicəllənmə, ürəkbulanma, başağrıları, yerişin pozulması, torlu görmə, əlindən əşyanı salma kimi əlamətlər qeydə alınarsa, mütləq nevropatoloqa müraciət edilməsi tövsiyə olunur. Nevropatoloqun məsləhət bildiyi müayinələrdən keçməklə, xəstəliyə vaxtında diaqnozun qoyulması və düzgün müalicə aparılması ilə effektli nəticə əldə etmək olar. Düzgün diaqnoz müalicənin 50 faizi deməkdir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 02 iyun 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbərlər.com xeberler en son xəbərlər bugün ən son xəbər