Vitamin çatışmazlığı ilə mübarizədə ən yaxşı BEŞ MƏHSUL

Vitamin çatışmazlığı ilə mübarizədə ən yaxşı BEŞ MƏHSULSoyuqdəymə və qrip mövsümü milyonlarla insanın həyat keyfiyyətinə təsir göstərir.
KONKRET.az xəbər verir ki, rusiyalı diyetoloq-qastroenteroloq Nuriya Dianova Gazeta.ru-ya pəhriz əlavələrinə müraciət etmədən qida vasitəsilə immunitet sisteminin dəstəklənməsindən danışıb.
Onun sözlərinə görə vitamin çatışmazlığı ilə mübarizədə ilk məhsul kələm turşusudur:
"Bu məhsul sağlam mikrobiomu dəstəkləyən probiotiklər və prebiotiklərlə, həmçinin həzmi yaxşılaşdıran və immunitet sistemini gücləndirən C vitamini, liflə zəngindir. Fermentasiya prosesi zamanı əlavə vitaminlər üçün dondurulmuş giləmeyvələr də əlavə edə bilərsiniz. Turşu kələmindən müxtəlif şorbalar və ya salatlar hazırlamaq üçün istifadə etmək olar. Qida rasionuna qırmızı bolqar bibəri, təzə göyərti və ya qırmızı soğan da əlavə oluna bilər. Əsas məsələ salata bir xörək qaşığı təmiz bitki yağı əlavə etməkdir. Qırmızı palma yağı immuniteti artırmaq üçün idealdır. Tərkibində yüksək miqdarda karotinoid, E vitamini və digər antioksidantlar var. Cinsinizdən və çəkinizdən asılı olaraq həftədə iki dəfə 150-200 qram turş kələm yeyin", – deyə ekspert izah edib.
İkincisi, treska/mintay qaraciyəridir. Həkimin sözlərinə görə balıq qaraciyəri ürək və beyin sağlamlığı üçün vacib olan A, D və E vitaminlərinin, eləcə də Omeqa-3 yağ turşularının əla mənbəyidir. Bu qida, yağda həll olan vitaminlərin tək bir məhsulda konsentrasiyasıdır. Mintay qaraciyəri isə treska qaraciyərindən az tanınsa da, özündə daha çox protein və daha az yağ ehtiva edir. Həkim məsləhət görür ki, balığı 30-50 qram həcmində səhər yeməyinə həftədə ən azı bir dəfə tam taxıl proteinli çörək, leço və ya digər tərəvəzlərlə qəbul edin.
Üçüncü məhsul qoz-fındıq və toxumlar. Nuriya Dianova bildirir ki, qoz-fındıq və toxumlar zülallar və yağlar, E və B vitaminləri, maqnezium və sink kimi mineralların mənbəyidir. Həkim gün ərzində 20-25 q qoz-fındıq yeməyi məsləhət görür.
Dördüncüsü, dondurulmuş giləmeyvələr və banandır. Giləmeyvələr antioksidantlar və vitaminlərlə zəngindir. Onun sözlərinə görə, giləmeyvələrdən çox vaxt kompot hazırlanır və ona şəkər əlavə edilir. Bu da bu içki evdə hazırlansa belə onun faydasını azaldır.
"Banan yeyərkən qanda qlükozanın daha az qalxması üçün onu 30 qram turş giləmeyvə və 20-25 qram qoz-fındıqla birlikdə qəbul edə bilərsiniz", – deyə həkim qeyd edib.
Vitamin çatışmazlığı ilə mübarizədə ən yaxşı məhsullardan beşincisi isə təzə göyərtidir.
Həkimin sözlərinə görə, cəfəri, şüyüd və yaşıl soğan A, C və K vitaminləri, fol turşusu ilə zəngindir. Onların tərkibində eyni zamanda çoxlu lif və antioksidant var ki, bu da ümumi sağlamlığa müsbət təsir göstərir və xroniki xəstəliklərin yaranma riskini azaldır.//oxu.az

Sağlamlıq       Tarix: 08 mart 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar

Baş ağrısından tutmuş soyuqdəyməyə qədər bir çox insan narahatlıq hiss edən kimi dərmana üz tutur. Bəziləri həkim məsləhəti olmadan aptekdən aldığı preparatları günlərlə, hətta aylarla qəbul etsə də, gözlədiyi nəticəni əld

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezenesi krminal bu gun xeber.az bu gun cəbhədən xəbərlər