Gəncədə ödəmə terminallarından 10 min manata yaxın pul oğurlanıb
Gəncədə ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumat verilib.
Məlumatda bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinin və "Təhlükəsiz şəhər" xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədirləri nəticəsində şəhər ərazisindəki ödəmə terminallarından oğurluq etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş, 29 yaşlı Emin Əsgərov saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, E.Əsgərov müxtəlif vaxtlarda şəhərin müxtəlif yerlərindəki ümumilikdə 4 ödəmə terminalını sındıraraq 9187 manat nağd pulu oğurlayıb.
E.Əsgərov saxlanılaraq istintaqa təhvil verilib, hazırda onun şəhər ərazisində digər anoloji cinayət törədib-törətməməsi istintaq-əməliyyat tədbirləri nəticəsində araşdırılır. Faktla ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
Naxçıvanda yeniyetmə bıçaqlandı
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub