"Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi" mövzusunda onlayn konfrans keçirilib

"Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi" mövzusunda onlayn konfrans keçirilib"Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi" mövzusunda onlayn konfrans keçirilib
26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə "Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi" mövzusunda onlayn konfrans keçirilib.
Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova Oxu.Az-a bildirib ki, tədbirdə  Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis polkovniki İslam Hümbətov, "Narkotiklərə qarşı təbliğat" İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti, Dövlət Komissiyasının üzvü Rauf Zeyni, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova və digər şəxslər iştirak ediblər.
Bildirilib ki, bu sosial bəlanın aradan qaldırılması məqsədilə üç Dövlət Proqramı icra olunub, 2019-cu ildən etibarən isə dördüncü Dövlət Proqramı həyata keçirilməkdədir.
Azad Rəhimov qeyd edib ki, gənclərin layiqli vətəndaş kimi tərbiyə olunması, onlar arasında sağlam həyat tərzinin təbliği Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin əsas vəzifələrindən biridir. Vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nda gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərə dövlət dəstəyi sahəsində tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Bildirilib ki, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı"nda bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi vəzifə kimi aidiyyəti orqanlara tapşırılıb. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" bu istiqamətdə həyata keçirilməli olan kompleks tədbirləri müəyyən edib.
O bildirib ki, Nazirlik tərəfindən ilk dəfə "Həyatla oyun" adlı tamaşa 2012-ci ildə səhnələşdirilib. Tamaşa ictimaiyyət tərəfindən hədsiz maraqla qarşılanıb. 2012-2019-cu illər ərzində Bakı şəhəri və respublikanın digər rayon və şəhərlərində 19-dan çox Gənclərin Fiziki Aktivlik və Sağlamlıq Festivalı keçirilib. Festivallar çərçivəsində məktəblilər arasında yarışlar baş tutub, bir sıra idman növləri üzrə fəaliyyətlər nümayiş etdirilib.
2017-2019-cu il ərzində respublikanın 16 rayonunda "Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək!" devizi altında maarifləndirici tədbirlər keçirilib. Bu tədbirlərdə üç minə yaxın yeniyetmə və gənc iştirak edib.
Bununla yanaşı, nazirliyin Bakı şəhəri və ölkəmizin digər rayon və şəhərlərdəki yerli idarələri, eyni zamanda gənclərin qeyri-hökumət təşkilatları tərəfindən də gənclər arasında sağlam həyat tərzinin təbliği ilə bağlı tədbirlər mütəmadi olaraq həyata keçirilir. 2016-cı ildə "Narkomaniya ilə mübarizədə gənclər təşkilatlarının rolu" mövzusunda konfrans və sərgi, 2018-ci il də isə "Narkomanlığa qarşı mübarizə mövzusunda gənc jurnalistlər arasında ən yaxşı müəllif yazıları müsabiqəsi"si Komissiya ilə birgə təşkil olunub."
Videokonfransda qeyd edildi ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Gənclər və İdman Nazirliyinin və digər dövlət qurumlarının narkomaniyaya qarşı mübarizə işinə öz töhfəsini vermək üçün bütün imkanlarını bundan sonra da səfərbər edəcək, bu istiqamətdə fəaliyyətini məqsədyönlü şəkildə davam etdirəcək.
"Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi" mövzusunda onlayn konfrans keçirilib"Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi" mövzusunda onlayn konfrans keçirilib"Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi" mövzusunda onlayn konfrans keçirilib"Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi" mövzusunda onlayn konfrans keçirilib"Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi" mövzusunda onlayn konfrans keçirilib"Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi" mövzusunda onlayn konfrans keçirilib"Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi" mövzusunda onlayn konfrans keçirilib"Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi" mövzusunda onlayn konfrans keçirilib"Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi" mövzusunda onlayn konfrans keçirilib"Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi" mövzusunda onlayn konfrans keçirilib

Sosial       Tarix: 25 iyun 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Azərbaycanda işıq pulu ləğv edilə bilər

Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərp

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbərlər cəbhədən yeni xəbərlər valyuta azerbaycan son xeber bugun