Gənclər və İdman Nazirliyi rəsmi maskotunu təqdim edib - FOTO
Gənclər və İdman Nazirliyi rəsmi maskotunu təqdim edib - FOTO
Gənclər və İdman Nazirliyi (AGİN) ölkə ictimaiyyətinə qurumun rəsmi maskotunu təqdim edib.
AGİN-dən verilən məlumata görə, qızıl qartal formalı maskot "AZZİ" adlanır və öz dizaynı, adı, forması, üzərindəki rəngləri ilə Qarabağ qartalını simvolizə edir.
Bundan başqa, qartal Azərbaycan gəncləri və idmançılarına xas olan qorxmazlıq və cəsarət kimi keyfiyyətləri özündə təcəssüm etdirir.
Bildirilib ki, layihənin təşəbbüskarı Gənclər və İdman Nazirliyidir, maskotun arxasındakı isə Skott Hesinqtondur. Əslən ABŞ-dən olan mütəxəssisin yaradıcı sahədə iyirmi ilə yaxın zəngin təcrübəsi var və o, ABŞ basketbol liqasının "Detroit Pistons", "Orlando Magic" kimi komandalarında çalışıb. Xarici mütəxəssis tərəfindən maskotun təqdimatı bu sahəyə maraq göstərən yerli gənclərə töhfə verərək onların da bu sahədə inkişafına dəstək olacaq.
Qeyd edək ki, maskot aprel ayında keçirilmiş "Formula-1" üzrə Azərbaycan Qran-prisinin fan zonasında ilk dəfə olaraq azarkeşləri salamlayıb. Bundan başqa, idmansevərlər "AZZİ"ni Bakıda növbəti iki gün ərzində davam edəcək taekvondo üzrə dünya çempionatında görə bilərlər. Bu gün isə o, Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançasının açılışında məktəbli uşaqların sevimli dostuna çevrilib.




/ oxu.az

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
İsraildən ŞOK HƏDƏ: "Tehranı azad edəcəyik"
Kreml nöqtəni qoydu: "Qara dənizdəki gəmilər məhv ediləcək"