Gəncləri ətraflı müayinə etmədən əsgərliyə göndəririk - Həkimdən sensasion açıqlamalar

Gəncləri ətraflı müayinə etmədən əsgərliyə göndəririk - Həkimdən sensasion açıqlamalarSon illər gənc yaşda insanlar arasında, xüsusilə kişilərdə ürəktutmasınan ölüm hallarının artması narahatlıq yaradır.
Həkimlər bu cür qəfil ölümlərdən qoruna bilmək üçün illik müayinələri məsləhət görür.
KONKRET.az xəbər verir ki, Elmi Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb elmləri namizədi, kardioloq Rafiq Yusifli bildirib ki, bu cür ölümlərin səbəbləri ilə bağlı statistika ictimailəşdirilməlidir:
"Artıq ürəktutmalar "gəncləşib". Əvvəllər 40-50 yaşdan sonra ürək problemləri olurdusa, artıq 18-20 yaşlı cavanlarda da buna rast gəlinir. Ona görə də tez-tez müayinələrdən keçmək lazımdır.
Bu gün gəncləri əsgərliyə göndəririk, amma ətraflı ürək müayinəsindən keçmirlər. Onlarda elə bir problem ola bilər ki, heç gözlənilməyən, sağlam olduğu düşünülən anda qəflətən ürəktutmadan həyatlarını itirə bilərlər. Əgər onları ətraflı müayinə etmiriksə, bu, biz həkimlərin səhvidir. Bu mənim üçün də çox ağrılı mövzudur.
"Bizim təbliğatımız güclü olmalıdır, gənclər sağlam həyat tərzi keçirməli, vaxtlı vaxtında müayinələrdən keçməlidirlər".
Onun sözlərinə görə, cəmiyyət sağlamlıq barədə mətbuatda davamlı olaraq maarifləndirilməlidir:
"Bizim yanımıza elə gənc gəlir ki, baxsan sağlam görünür, lakin xüsusi aparatlarla yoxlayanda məlum olur ki, sən demə, onda anadangəlmə ciddi ürək qüsuru varmış. Belə şəxslər xüsusi klinikalarda geniş müayinələrdən keçməlidirlər. Hazırda respublikada toxumaların oksigenlə necə təmin etdiyi belə yoxlayan cihazlar var, tibb inkişaf edib, imkanlarımız çoxdur.
Bundan əlavə, düşünürəm ki, bu cür qəfləti gənc ölümləri olduqda həmin meyitlət yarılmalı, araşdırmalar aparılmalıdır.
Bizdə səhiyyə maarifləndirməsi çox zəifdir. Hər gün mətbuatda yüzlərlə mövzudan, şəxsi həyatdan yazılır, amma sağlamlıq bölmələri boş qalır. Sağlamlığa aid jurnallar çıxmalı, savadlı həkimlərin fikirləri öyrənilməlidir. Televiziyalara həkimlər çıxır, ancaq özünü reklam edir, telekanallar həkim reklamına çevrilib. Həkimlərin reklamındansa, insanlar üçün faydalı, maarifləndirici bir sağlamlıq mövzusu işlənsə daha yaxşı olar".Yenisabah.AZ

Sağlamlıq       Tarix: 08 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbər sosial yardim krimnal xeber azerbaycanda son xeberler