Genco Ecer Aygünə sevgisini duetlə bildirdi - "Divaların divasısan
Xalq artisti Aygün Kazımova türkiyəli müğənni-bəstəkar Genco Ecerlə olan layihəsini təqdim edib.
AZXEBER/COM xəbər verir ki, "Maşallah" adlı mahnı DMC musiqi şirkəti imzası ilə dijital platformalarda yer alıb. Pop kraliça və Genco "Maşallah" adlı mahnı üçün kamera qarşısına keçərək, kreativ bir klip də çəkdirib. Söz və musiqisi Gencoya aid olan mahnının rejissorluğu Pop divanın son layihələrində rejissorluq edən Selim Akara həvalə olunub.
Bu layihənin reallaşmasının əsas səbəbkarı Gencodur. Belə ki, işbirliyi ilə bağlı təklif məhz ondan gəlib. Duet haqda açıqlama verən türkiyəli sənətçi bu mahnını yazarkən Aygün Kazımovadan ilhamlandığını bildirib.
"Maşallah"ın klipi İstanbulda Beykoz Kundura fabrikində 40 nəfərdən ibarət heyət tərəfindən çəkilib. A.Kazımova ekran işində bir neçə obraz yaradıb. Ən fərqli və kreativ obrazlardan biri isə Pop divanın ultra uzun hörüklərlə lentə alınan səhnəsi olub. Bu obrazın hazırlanmasına saatlar sərf olunub.
Mahnı işıq üzü görmədən TikTok-da viral olub. Belə ki, bəstədən yayılan bir neçə saniyəlik parçaya sözügedən platformada qısa vaxtda minlərlə videolar çəkilib.
A.Kazımova layihədə dəstəyə görə dünyaşöhrətli modelyer, dostu Rüfət İsmayıla təşəkkür edib.
Aysel
/ azxeber.com
f Paylaş
Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır